Qaranquşları diksindirərək uçuran zəng sədaları ilə
Omelasa, dənizinnurlandıraraq ucaltdığı şəhə-rə Yay Festivalı qədəm qoydu. Limandakı gəmilər əlvan bayraqlarla bəzədilib. Küçələrdə qırmızı damlı və rəngarəng
divarlı evlərin arası ilə, torpağını yosun örtmüş köhnə bağçaların cığırları ilə,
çoxlu ağacların olduğu xiyabanlarla böyük parkları və ictimai binaları ötərək
bayram əhval-ruhiyyəli insan topluları hərəkət edir. Bəzi yerlərdə bu əsl təntənəli
yürüşdür: çəhrayi, bənövşəyi və boz rənglər-də olan ağır, uzun mantiya
geyinmiş qocalar; ciddi görünüşlü ustalar; qucaqlarında balaca uşaqları ilə şən, ancaq aşağı səslə gəzərək danışan qadınlar. Qonqlar və tamburinlərin səsləndiyi digər küçələrdə isə insanlar rəqs edirlər və yürüş böyük rəqsə çevrilir. Sevincək tərzdə uşaqlar o tərəf, bu tərəfə qaçışır və onların səs-küyü uçuşan qaranquşlar kimi musiqidən və nəğmələrdən daha yuxarı qalxır. Bütün yürüşlər şəhərin şimalında yerləşən “Yaşıl Sahə” adlanan böyük çəmənliyə axışır, harayakı, aydın səma altında öz ayaqları palçığa batmış, uzun elastik qolları olan çılpaq oğlan və qızlar ipə-sapa yatmayan atlarını yarışdan öncə məşq etdirirlər. Atlarda heç bir qoşqu yoxdur, yalnız kəmsiz qısa cilovları var.Bunun əvəzinə onların yalları gümüşü, qızılı və yaşıl lentlərlə hörülərək bəzədilmişdir. Atlar burunlarını genişləndirir və şahə qalxırdılar, aydın görünür ki, atlar həyəcanlıdır, bu isə atların bizim mərasimlərimizi özlərininki kimi qəbul edən yegənə heyvanlar olması iləbağlı ola bilər. Şimala və qərbə doğru uzaqda boğazda yerləşən Omelası yarıəhatə edən dağlar ucalır. Səhər havası o qədər təmizdir ki, mavi səmanın altında çox-çox mil uzaqda bəyaz qızıltək yanan hələ də başıqarlı “On Səkkiz Pik” zirvələri görsənir. Cıdır yolu üzərində olan bayraqları zaman-zaman çırpınmağa məcbur edəcək qədər külək var idi. Nəhəng yaşıl vadinin sükutunda gah yaxından, gah da uzaqdan gələn, lakin getdikcə güclənən şəhər küçələrində gəzişənlərin musiqi sədaları eşidilir. Havada bəzən, sanki oyanıb, toparlanıb və zənglərin şən sədaları ilə işıldayan məstedici zərif bir şirinlik var.
Sevinc! Sevinc barədə necə danışmaq olar? Omelas
sakinlərini necə təsvir etmək olar?geyinmiş qocalar; ciddi görünüşlü ustalar; qucaqlarında balaca uşaqları ilə şən, ancaq aşağı səslə gəzərək danışan qadınlar. Qonqlar və tamburinlərin səsləndiyi digər küçələrdə isə insanlar rəqs edirlər və yürüş böyük rəqsə çevrilir. Sevincək tərzdə uşaqlar o tərəf, bu tərəfə qaçışır və onların səs-küyü uçuşan qaranquşlar kimi musiqidən və nəğmələrdən daha yuxarı qalxır. Bütün yürüşlər şəhərin şimalında yerləşən “Yaşıl Sahə” adlanan böyük çəmənliyə axışır, harayakı, aydın səma altında öz ayaqları palçığa batmış, uzun elastik qolları olan çılpaq oğlan və qızlar ipə-sapa yatmayan atlarını yarışdan öncə məşq etdirirlər. Atlarda heç bir qoşqu yoxdur, yalnız kəmsiz qısa cilovları var.Bunun əvəzinə onların yalları gümüşü, qızılı və yaşıl lentlərlə hörülərək bəzədilmişdir. Atlar burunlarını genişləndirir və şahə qalxırdılar, aydın görünür ki, atlar həyəcanlıdır, bu isə atların bizim mərasimlərimizi özlərininki kimi qəbul edən yegənə heyvanlar olması iləbağlı ola bilər. Şimala və qərbə doğru uzaqda boğazda yerləşən Omelası yarıəhatə edən dağlar ucalır. Səhər havası o qədər təmizdir ki, mavi səmanın altında çox-çox mil uzaqda bəyaz qızıltək yanan hələ də başıqarlı “On Səkkiz Pik” zirvələri görsənir. Cıdır yolu üzərində olan bayraqları zaman-zaman çırpınmağa məcbur edəcək qədər külək var idi. Nəhəng yaşıl vadinin sükutunda gah yaxından, gah da uzaqdan gələn, lakin getdikcə güclənən şəhər küçələrində gəzişənlərin musiqi sədaları eşidilir. Havada bəzən, sanki oyanıb, toparlanıb və zənglərin şən sədaları ilə işıldayan məstedici zərif bir şirinlik var.
Onlar xoşbəxt olsalar da, hər şey göründüyü qədər
sadə deyil. İndi biz şən sözləri bir o qədər də çox işlətmirik. Təbəssümlər də
keçmişə gedir. İnsanlar bu cür təsviri gördükdə, adətən kifayət qədər aydın nəticələrə
gəlirlər. İnsanlar onlara indi nəcib cəngavərlərin əhatəsində olan, öz əzəmətli
atında və ya əzələli qullarının çiynidə qızıl suyuna batırılmış kəcavəyə oturan
kral haqqında danışılacağını gözləyirlər. Lakin Omelas sakinlərinin kralı
yoxdur. Orada qılıncdan istifadə etmirlər və qul saxlamırlar. Onlar barbar
deyillər. Mən onların cəmiyyətinin qayda və qanunlarını bilmirəm, lakin güman
edirəm ki, bunların sayı olduqca azdır. Şəhər sakinləri monarxiya və quldarlıq
olmadan keçinə bildikləri kimi, fond birjası, reklam, gizli polis və nüvə
bombası olmadan da yaşaya bilirlər. Lakin mən yenə də təkrarlayım ki, bu sadəlikdən
irəli gəlmir, onlar mülayim çoban, nəcib vəhşilər və sakit utopiyaçılar deyillər.
Onlar sizinlə biz olduğumuzdan heç də daha az mürəkkəb deyillər. Məsələ ondadır
ki, bizim xoşbəxtliyi çox axmaq bir nəslə saymaq kimi xırdaçı və “təcrübəli”
adamlardan ilhamlanaraq əldə etdiyimiz pis vərdişimiz var. Təkcə ağrı
intellektual, yalnız şər maraqlıdır. Şərin bayağılığını, ağrınınsa ifratca
darıxdırıcılığını qəbul etmək isə rəssamların xəyanətidir sadəcə. Onlara qalib
gələ bilmirsənsə, onlara qoşul. Ağrı varsa, təkrar et. Lakin məyusluğu yüksəltmək
– həzzi qınamaq, zorakılığı qəbul etmək isə - qalan hər şeyi itirmək deməkdir.
Və biz demək olar ki, itirdik: biz artıq nə xoşbəxt insanı təsvir edə, nə də
sevinci qeyd edə bilirik. Sizə Omelas insanlarından necə danışa bilərəm? Onlar
sadəlöhv və xoşbəxt uşaqlar deyirlər, halbuki onların uşaqları doğrudan da xoşbəxtdirlər.
Onlar həyatlarını heç də pis sürməyən yetkin, intelligent, ehtiraslı böyük
adamlardı. Möcüzə! Lakin mən bu həyatı daha yaxşı təsvir etmək istərdim. Kaş ki,
sizi inandıra bilərdim. Mənim təsvirimdə Omelas nağıllardakı şəhər kimidir: çox
illər əvvəl və uzaq diyarlarda biri var idi, biri yox idi. Bəlkə də daha yaxşı
olar ki, siz özünüz öz zövqünüzcə onu xəyal edəsiniz, əlbətdə bu sizi qane
edirsə, çünki çox güman ki mənim təsvirim heç də hamınızı razı salmayacaq. Məsələn,
texnologiyadan başlayaq? Düşünürəm ki Omelasda küçələrdə maşınlar, onların üzərində
isə helikopterlər yoxdur: bu nəticəyə şəhərdə xoşbəxt insanların yaşamasından gəlmək
olar. Xoşbəxtlik gərəkli olanın; artıq
olub, lakin təhlükəli olmayanın və təhlükəli olanın bir-birindən ədalətli şəkildə
fərqləndirilməsinə əsaslanır. Orta kateqoriyadan, başqa sözlə desək nə ki
artıqdır, ancaq təhlükəli deyil, nə ki rahatlıq, ərköyünlük, cah-calal və s.
sayılır, onlarda, ola bilsin ki mərkəzləşdirilmiş qızdırıcı, metro, qabyuyan
aqreqatlar və bizdə hələ kəşf edilməyən çoxsaylı digər möhtəşəm əşyalar: havada
pərvazlanan işıq mənbələri, yanacaqsız energetika, zökəmdən imtinasız sağaldan
dərmanlar var. Bəlkə də bunların heç biri onlarda yoxdu, bu elə də vacib deyil.
Siz necə istəyirsinizsə, elə olsun. Şəxsən mən fikirləşirəm ki, sahil kənarında
yerləşən qonşu şəhərlərin sakinləri Omelasa Festival öncəsi həddindən yüksək
sürətli qatarlarda və ikimərtəbəli tramvaylarda gəlirdilər, həmçinin mənə elə gəlir
ki, Omelasdakı vağzal şəhərin ən gözəl binasıdır, baxmayaraq ki, o, möhtəşəm
Fermer Bazarından daha sadə görsənir. Lakin hətta qatarların mövcudluğunu
ehtimal etsək belə, qorxuram ki Omelas yenə də kiməsə çox firavan yer kimi görsənə
bilər. Təbəssümlər, zınqrovlar, paradlar, atlar və sair və ilaxır. Belədirsə,
bura orgiyanı da əlavə edin. Əgər bu kömək edəcəksə, tərəddüd etməyin. Ancaq gəlin
artıq orqazm keçirən və tanrıyla vəhdəd yaratmaq istəyən istənilən kişi və ya
qadınla cütləşməyə hazır olan çılpaq gözəl kahin və kahinələrin çıxdıqları məbədlərsiz
ötüşək.Bu mənim ağlıma gələn ilk şey oldu, lakin icazə verin Omelasda heç bir məbəd
olmasın:ən azından kahinlərin olduğu məbəd. Din – yaxşı, qoy olsun, ancaq
ruhanilik – yox. Eyni uğurla çılpaq gözəl gənc insanlar sadəcə küçələrdə gəzərək,
özlərini sanki tanrı suflesi kimi əzabkeşin aclığının yatızdırılması və ya
cismani çılğınlıq üçün də təqdim edə bilərlər.Qoy onlar yürüyüşə qoşulsunlar.
Qoy cütlüklərin üzərində tamburinlər çalınsın və qonqlar nəfsin təntənəliyindən
xəbər versin və qoy (heç və az önəmli olmayan detal) uşaqları – bu məftunedici
ayinin nəticələrini – hamı sevsin və onların qayğılarına qalsınlar. Bir şeydən əminəm
– Omelasda günah nədir bilmirlər. Lakin orada daha nə olmalıdır? İlkin olaraq mən
düşünürdüm ki, orada məstedici vasitələr də olmayacaq, ancaq bu artıq
puritanlıqdır. Xoşlayanlar üçün qoy şəhərin küçələrini həfif dərəcədə hiss
olunacaq qədər, lakin qalıcı bir druz ətiri bürüsün, hansı ki öncə ağıla və əzalara
qeyri-adi yüngüllük və hisslərin parlaqlarını bəxş etsin, bir neçə saat sonra
isə insanı xəyali fikirlər aparsın, və nəhayət kainatın ən dərin və gizli sirrlərinin
heyrətamiz gözəl görüntüləri olsun, ayini və vərdişi olmayan sevgi
oyunlarınından alınan həzzin insana bəxş etdiyi güc kimi. Daha mülayim zövz
üçün, düşünürəm ki, Omelasda pivə olmalıdır. Daha nə? Daha nə sevinc şəhərində
olmalıdı? Sözsüz ki hünər bayramı üçün qələbə hissi. Ancaq necə ki biz ruhanilərsiz
keçindik, gəlin eləcə də əsgərlərsiz də keçinək. Uğurlu qətliamdan doğan sevinc
axı sevinc deyil. Burada o keçməz: bu qorxulu və bayağıdır.Burada daha çox hər hansı ortaq xarici düşmənə qarşı yox,
bütün insanların qəlblərində ən gözəl və ədalətli olan sərhədsiz və səxavətli
razılıq, genişqəlbliliyin zəfəri sükt gətirən yayın füsünkarlığı ilə vəhdətdə
olacaq: bu Omelas insanların qəlblərini həyəcandıran şeydir və onların qeyd
etdiyi qələbə də – həyatın qələbəsidir.
Əslində düşünmürəm ki, onların çoxunun Omelasa ehtiyacı var.
Demək olar ki, yürüşdəki hər kəs artıq Yaşıl Sahəyə
çatdı. Tacirlərin qırmızı-mavi çadrlarından gələn heyrətamiz yemək qoxusunu külək
ətrafa yayırdı. Uçaqların cazibədar üzləri şirniyyatlarla bulaşıb, hətta
ixtiyarın yumşaq ağsaqqalına da qurabiyyə qırıntıları ilişib. Gənc oğlan və
qızlar at üzərində start xəttinin ətrafında topalaşırdılar. Balacaboy, kök, gülən
qarı səbətdən gül paylayır, hündür gənc insanlar isə bu gülləri günəşdə
parıldayan saçlarına hörürlər. Doqquz-on yaşlarında oğlan insan izdihamından
azca kənarda tək oturub, taxta fleyta ifa edir. İnsanlar ona qulaq asmaq üçün
ayaq saxlayırlar, lakin onunla söhbət etmirlər, çünki o, bir saniyə də olsun
ifasına ara vermir, hətta incə təranəsinin şirin seyirinə əsr düşərək, onun
yanından ötən insanların fərqinə belə varmır.
O, taxta fleytanı tutann əllərini aşağı salaraq,
ifasını bitirir.
Sanki bu balaca gizli sükut bir siqnal oldu, qəflətən
start xəttinin yanındakı pavilyondan şeypur səsi eşidilməyə başlayır: hökmran,
qəmli və təsirli. Atlar şahə qalxıb, bu səsə kişnəmələri ilə cavab verirlər.
Sakit üzlü çaparlaratlarının boyunlarını tumarlayıb, onlara “Sakit, sakit mənim
gözəlim, mənim ümidim...” pıçıldayaraq, onları sakitləşirdirlər. Start xəttində
onlar cərgələrlər düzülürlər. Yol boyunca yığılışan insan kütlələri isə sanki
külək zamanı çəmənlikdəki ot və güllər kimi idilər. Yay festivalı başladı.
Siz inandınız? Siz festivalı, şəhəri, sevinci qəbul
etdiniz? Yox? O zaman icazə verin sizə daha bir şey danışım.
Omelasın gözəl ictimai binalarının birinin zirzəmisində
və ya ola bilsin ki, şəhərin şəxsi evlərinin birinin çaxır anbarında bir otaq
var. Otağın bir bağlı qapısı var və heç pəncərəsi yoxdur. Zirzəminin o biri tərəfində
olan hörümçək toru basmış pəncərədən gələn işıq tozlanaraq taxtalar arasındakı
çatlardan otağa sızırdı. Balaca otağın küncündə paslı vedrənin yanında bir cüt
cod, çirklə doymuş, üfunətli başlıqları olan bir cüt döşəmə ağacı var. Zirzəmilərin
döşəmələrində adətən olduğu kimi torpaq döşəməyə toxunanda bir qədər nəmlik
hiss edirsən. Otağın 3 addım uzunluğu, 2 addım eni var: bu daha çox döşəmə
ağacı üçün dolab və ya alətlər üçün nəzərdə tutulmuş atılmış otaq idi. Otaqda
bir UŞAQ oturub. Bu oğlan və ya qız ola bilər. İlk baxışdan ona altı yaş vermək
olar, lakin əslində onun, demək olar ki, on yaşı var. O, kəmağıllıdır. Bəlkə də
O qüsurlu doğulub və ya O, qorxudan, doyunca yeməməkdən və nəvazişsizlikdən kəmağıllı
olub. Vedrədən və döşəmə ağacından aralıda küncdə çömbəlib oturaraq, O, hərdən
burnunu eşir və ya özünün ayaq barmaqlarına və ya cinsi orqanına toxunur. Döşəmə
ağaclarından O qorxur. Onlar sadəcə vahiməlidirlər. O, gözlərini bağlayır,
lakin bilir ki, döşəmə ağacları hələdə oradadırlar; qapı da bağlıdır; heç kim də
gəlməyəcək. Qapı həmişə bağlıdır və doğrudan da heç kim gəlmir, təkcə bunu
saymasaq ki, bəzən (UŞAQzamanı və vaxtın axını anlayışlarını bilmir) qapı
gurultu ilə açılır və bu qapının arxasından isə bəzən bir, bəzən isə bir neçə şəxs
görsənə bilər. Onlardan biri gəlib, UŞAĞI təpiklə vura bilər ki, ayağa qalxsın.
Digərləri isə heç vaxt UŞAĞA yaxın getmirlər, sadəcə ONA qorxu və ikrah dolusu
gözlərlə baxırlar.Tez-bazar kasa yeməklə, dolça su ilə doldurulur, qapı yenidən
bağlanılır və gözlər itir. Qapıdakı insanlar heç vaxt heç nə danışmırlar, lakin
heç də həmişə anbarda yaşamayan və günəş işiğını və anasının səsini xatırlayan
UŞAQ bəzən danışır. “Mən yaxşı uşaq olacağam” – O, deyir. “Xahiş edirəm,
buraxın məni. Mən yaxşı uşaq olacağam”. Onlar heç vaxt cavab verirlər. Əvvəllər
UŞAQ gecələr kömək çağıraraq qışqırır və çox ağlayırdı, lakin indi O ancaq
zırıldayır və getdikcə daha az danışmağa başlayır. O, o qədər arıqdır ki, onun
ayağında baldırları görünmür, onun qarnı acından şişib; O, gün ərzində yarım
kasa yağlı qarğıdalı şorbası yeyir. O, lütdür. ONUN yanı və ayaqları həmişə
çürümüş qoturlarla bağlı olur, çünki O, həmişə öz nəcizinin içində oturur.
Onların hamısı bilir ki O, oradadır, bütün Omelas
insanları bilir.Onların bəziləri ONA baxmağa gəlirlər, bəziləri isə sadəcə ONUN
varlığı haqqında məlumatlı olmaqla kifayətlənirlər. Hamı bilir ki, O, orada
qalmalıdır. Bəziləri bunun niyəsini başa düşür, bəziləri isə yox, lakin onların
hamısı anlayır ki, onlarınn xoşbəxtliyi, şəhərlərinin gözəlliyi, dostluqlarının
zərifliyi uşaqlarının sağlamlığı, alimlərinin müdrikliyi, sənətkarların
qabiliyyəti, hətta sahələrində məhsuldarlıq və xoş hava şəraitləri də tamamilə
bu UŞAĞIN dəhşətli əzablarından asılıdır.
Bunu uşaqlara adətən onların səkkiz – on iki
yaşları olanda başa salırlar, nə zaman ki böyüklərə elə gəlir ki, uşaqlar bunu
anlamağı bacaracaqlar; və UŞAĞIN yanına gələnlərin əksəriyyəti gənc insanlar
olur, halbuki kifayət qədər böyük insan da UŞAĞI görməyə gəlirlər, daha doğrusu
geri qayıdırlar. Tamaşaçılara öncədən nə dərəcədə yaxşı izah edilməsindən asılı
olmayaraq, onların hamısı həmişə tamaşa zamanı sarsıntı və nifrət hissləri
keçirirlər.Onlarözlərinin üstün olduğunu düşündükləri üçün nifrət hiss
duyurdular. Bütün izahlara baxmayaraq, onlar qəzəb, hiddət, güclülük hiss edirlər.
Onlar UŞAQ üçün nəsə etmək istəyərdilər. Lakin onların edə biləcəyi bir şey
yoxdur. Əgər UŞAQ bu murdar yerdən gün işığına çıxarılsa idi, əgər onun altını
təmizləsəydilər, onu yedizdirsəydilər, ona təskinlik versəydilər, bu həqiqətən
də çox yaxşı olardı; lakin əgər bu edilsəydi, həmin gün və həmin saatda
Omelasın çiçəklənməsi, gözəlliyi, heyrətamizliyi solacaqdır və məhv olacaqdır.
Şərtlər belədir. Omelasdakı hər bir həyatda bütün yaxşılığı və gözəlliyi bu tək,
kiçik düzəlişə dəyişmək: minlərlə insanın xoşbəxtliyinin üzərindən bir nəfərin
xoşbəxtlik şansına görə xətt çəkmək: bu əslində günahı divarlar arasında
saxlamaq olardı.
Şərtlər ciddi və qətidirlər: UŞAĞA hətta xoş söz də
demək olmaz.
Adətən insanlar UŞAĞI görəndən, bu dəhşətli
paradoksla üz-üzə gələndən sonra evə gözyaşları və ya gözyaşısız qəzəb içində
qayıdırlar.Onlar bu barədə bir neçə həftə və ya il fikirləşə bilərlər. Lakin
zamanla insanlar başa düşməyə başlayır ki, əgər UŞAĞI azad etmək mümkün olsaydı
belə, O bu azadlıqdan çox xeyir görməyəcək:
sözsüz ki istidən və yeməkdən bir qədər bulanıq həzz alacaq, bəlkə də azacıq
daha çox. O, əsl sevinci başa düşmək üçün çox yararsız və kəmağıllıdır. O, çox
uzun müddət qorxu içində yaşadığından, qorxudan bir də azad olmayacaqdır. ONUN
vərdişləri insani davranışa cavab vermək üçün çox kobuddurlar. Əlsində bu qədər
müddətdən sonra O, çox güman ki ONU qoruyan divarlarsız və gözlərinin vərdiş
etdiyi qaranlıqsız və oturduğu ifrazatları olmasa daha da bədbəxt olar.Onlar
reallığı dəhşətli ədalətini dərk etməyə və bunu qəbul etməyə başlayanda,
onların gözyaşı acı ədalətsizliyə görə quruyur. Ancaq yenə də məhz onların
gözyaşı və qəzəbi, onların comərdliyinin sınanılması, və acizliklərinin qəbullanmaları,
ola bilsin ki, onların həyatlarının büsatının həqiqi səbəbidir.Onlarınkı heç də
məzmunsuz, məsuliyyəti olmayan bir xoşbəxtlik deyil. Onlar bilir ki, onlar da
UŞAQ kimi azad deyillər. Onlar həmdərdliliyi bilirlər.Məhz UŞAĞIN mövcudluğu və
onların ONUN varlığı barədə bilmələri onarın memarlığına alicənablıq, onların
musiqisinə kəskinlik və elmlərinə bir dərinlik verir. Və UŞAĞA görədir ki,
onlar uşaqlarla mehriban davranırlar. Onlar bilirlər ki, əgər qaranlıqda
zırıldayan zəlil uşaq olmasaydı, gənc çaparlar bütün əsrarəngliyi ilə yayın ilk
səhərinin parlaq gün şüaları altında yarışa hazırlaşarkən,digər fleytaçı şən
musiqi ifa edə bilməzdi.
İndi siz bunlara inanırsınız? Məgər onlar daha
inandırıcı olmadılar? Lakin daha bir şey var sizə danışmaq üçün, bax bu artıq həqiqətən
inanılmazdır. Zaman-zaman UŞAĞIN yanına gedən yeniyetmə qızlardan və ya
oğlanlarn biri gözyaşları və ya qəzəb içində evə qayıtmır, əslində ümumiyyətlə
evə qayıtmır. Bəzən xeyli yaşlı kişi və ya qadın bir-iki gün sakitliyə
qapılırlar, sonra isə evi tərk edirlər. Bu insanlar küçəyə çıxıb, küçə ilə
yalnız gəzirlər. Onlar gəzməyə davam edərək Omelasın gözəl darvazalarından da
çıxırlar. Onlar Omelasın kənd yerlərini də keçib gedirlər. Onların hər biri
yalnız gəzir, istər gənc oğlan ya qız, kişi ya da qadın olsun. Gecə düşür; səyyah
kənd küçələrini ötüb keçməlidir, sarı pəncərəli evlərin arasından çöllərin
qaranlığına çıxmalıdılar. Hər kəs tək başına qərbə ya da şimala dağlara tərəf
gedir. Onlar gedirlər və gedirlər. Onlar Omelası tərk edirlər, onlar qaranlığa
doğru gedirlər və qayıtmırlar. Onların getdiyi istiqamətdə olan yer, xoşbəxtlik
şəhərində də daha az xəyal edilə bilən yerdir. Mən ümumiyyətlə bunu təsvir edə
bilmirəm. Bəlkə də bu yer heç mövcud deyil. Ancaq görünür ki, bilirlər hara
getdiklərini onlar –Omelası tərk edənlər.
İngilis dilindən tərcümə edən - Cavidan Hacıyev
Yorumlar
Yorum Gönder