Yenə kitab rəfimi səliqəyə salmağa
çalışıram. Əslində səliqəlidi amma kitablarımın hamısını töküb yenidən rəfimə
yığmağı çox sevirəm. Əlimə aldığım hər bir kitabı vərəqləyir, oxuduğum zaman
keçirdiyim hiss-ləri yenidən yaşıyıb xoşbəxt olur-dum. Bunun necə gözəl hiss
olduğu-nu heç cür izah edə bilmərəm. Bu kitablara bir dost olaraq yanaşırdım.
Onlardan başqa heç kimim yox idi. Yalnız kitablarda özümü tapırdım. İnsanlarla
uzun müddət idi ki , mü-nasibət qurmurdum. Heç son dəfə ünsiyyət qurduğum insan
yadıma gəlmir. Yalnız kitabdakı qəhrəman-larla söhbət edirdim. Və təbii ki, bu qəhrəmanlardan
da yaxın bir
dostum var idi. Hansı ki, həm dərdlərimi məhv edir, həm də mənə dərd verirdi. Bəzən onun üsdünə qışqırırdım. Bunu küçədə də edirdim. Amma bu hərəkətimə görə çox pis olurdum. Ondan üzr istəyirdim. Məni bağışlaması üçün ona sevdiyi bir şeyləri alırdım. Hər zaman gəzərkən onunla bir olurdum. Kitablarımı onunla birgə oxuyurdum. Onsuz həyatımı təsəvvür edə bilmirdim. Mənim ən sevimli dosdum. Onun adı bilirsiz nədi? Yaxşı, yaxşı özüm deyəcəm. Mən. Bəli, onun adı mən idi. Mənim ən sevimli dosdum elə mən idim. Hər bir sirrimi o bilirdi. Güzgünün qabağına keçib saatlarca onunla sohbət edərdim. Bəzən elədiyim hərəkətləri özümdən gizlətməyə çalışırdım. Bunu hamınız edirsiz. İndi başınızı buluyub, yox mən etmirəm deyə bilərsiz amma bunu edirsiz. Özünüzlə barışa bilmirsiz. Özünüzü inandırmağa çalışırsınız ki, yox bunu etməmisiz. Hərəkətlərinizdən qaçırsız. Özünüzə qarşı belə tam səmimi ola bilmirsiz. Məndə beləyəm. Özümdən gizlətməyə çalışdığım hərəkətlər var. İnsan özü-özünə qarşı tam səmimi ola bilmir, digərlərinə qarşı necə olsun? Bəlkə elə bu səbəbə görə heç bir tanışım yox idi. İnsanlar özlərinə qarşı səmimi ola bilmirlər, əsl kimliyini gizlədirlər. Mənə qarşı necə səmimi olacaqdılar ki? Bu mözvuda heç danışmaq istəmirəm.

Hər zaman beynimdə məni dəli edən suallar
olub. Bəlkə elə bu suallarda özümü tapmışam, amma bu suallara cavab tapa bilməmişəm.
Belə baxsaq cavab deyə bir şey yoxdur. Hər bir şey subyektiv fikirdir. Bu cavab
deyil bu mənim fikrimdir. İnsanlar buna cavab deyib qətiyyət veriblər. Amma bu
yanlışdır. Ən çox məni dəli edən suallardan biri cənnət və cəhənnəm haqda idi.
Cəhənnəm sözünü anlaya bilmirdim. Bu dünyadan da qəddar, daha bərbad bir yerdə
var? Oranı heç cür təsəvvür etmək olmurdu. Cənnət haqqında oxuduğum bir çox məlumatlar
var idi. Oranın çox gözəl olması haqqında meşəliklər, nemətlər, gur çaylar, yer
altından axan bulaqlar və savaba satılmış hurilər.
Hər zamankı kimi bu gündə şəhəri gəzməyi
qərara almışam. Hava çoxgözəldir. Günəşin şüaları içimdə isdilik yaradırdı. Sərin
meh saçlarımı gözümün üstünə tökürdü. Şəhərin sakitliyini maşınlar pozurdu.
Sanki kim daha güclü siqnal verə bilər oyununu oynayırdılar. İnsanlarda hər zamankı
kimi danışırdılar. Yanında adam olanlar onunla, tək olanlar telefonla, kitab oxuyanlar
kitabla, özünə qapanmış olanlar isə özləri ilə danışır. Bir də hər şeydən
bezmiş olanlar da var. Onlarda Allahla danışırlar. Yoluma davam edirdim.
İnsanların xislətlə dolu üzlərini görmək istəmirdim. Amma buna məcbur olurdum.
Yenədə parka doğru gedib özümə “Latte” alıb, sevimli oturacağımda əyləşib
insanlara baxırdım. Nədənsə insanlar özləri haqda yox, başqaları haqda
danışırdılar. Başqa insanların həyatını müzakirə altına qoyur bu azmış kimi öz
iyrənc fikirlərini həmin o insana yönəldib bundan həzz alırdılar. Cibimdəki tum
dənələrini göyərçinlərə atırdı. Onları yemləməyi sevirdim. Göyərçinlərə yem
verib yerimdən durdum. Biraz gəzmək isdəyirdim. Bu zaman gözüm 2 balaca qızı ilə
parka gəlmiş 30-35 yaşlarında olan, yaşının az olmasına baxmıyaraq saçı ağarmış
kişiyə sataşdı.
30 yaşlarında bir kişi 2 qızı ilə şəhərdə gəzirdi.
Xoşbəxt görünürdülər. Uşaqların gül üzü atanı xoşbəxt edirdi. 2 bacı əl-ələ tutub
yolda hoppanır! qaçır gülüşürdülər. Uşaqların paltarları köhnə olsa da səliqəli
idi. Atalarının əynindəki boz kostyum kişiyə böyük idi. Çiyinləri bir xeyli tökülürdü.
Kişinin nə qədər arıqladığı acıq aydın bilinirdi. Atanın əlləri işləməkdən və soyuqdan
qabarmışdı. Ata öz qızlarının əlindən tutub yolu keçməyə çalışırdı. Balaca qısa
saçlı şirin qızı atasının əlindən tutmurdu. Onun pambıq kimi yumşaq əlləri
atasının işləməkdən çopuq olmuş əllərinin içində əzilirdi. Bunu hiss eləyən
atanın gözləri dolmuşdu. Sadə bir toxunuş onu ağladabilərdi. Kişi əllərinə baxıb
bəlkədə yaşamağa nifrəte dirdi. Yəqin ki, çox gəzmişdilər. Uşaqlar yorğun görsənirdilər.
Balaca qısa saçlı mələk artıq yeriyə bilmirdi. Uşaqlar dönər yazısını görüb birdən
qışqırdılar. Ata, acmışıq dönər yeyəkdə. İki bacı dönər evinə doğru qaçmağa
başladılar. Kişi cibindəki son qəpiklərə baxıb buna dönər ala bilməyəcəyini anlıyırdı.
Uşaqlarının ardınca getdi. Uşaqlar ikisidə birdən soruşdularki, dayı, dönər
var? Atası dönəri ala bilməyəcəyini anlıyıb dönərçiyə göz qaş edib dönərin
olmadığını deməsini başa salırdı. Kişinin gözlərindən yaşlar tökülürdü. Nə qədər
bunu qızlarından gizlətməyə çalışsa da, rahat ağlamağı hiss olunurdu. Kişinin
içində fəryad qopurdu. O iki qızının adi balaca bir istəyini belə edə bilmirdi.
Ürəyi param-parça olmuşdu. Uşaqlara qabaqda oynamağa tapşırıb özü oturacaqda əyləşdi.
Uşaqların aralı olduğunu görüb hönkürüb ağlayırdı. Heç bir şey onun göz
yaşlarını kəsəbilməzdi. Qabarmış əllərinə baxıb illərin onu belə tez qoçaltdığı
üçün hər şeyə nifrət edirdi. Özümə gələ bilmirdim. Bütün yol evə çatama qədər mənzərə
gözümün önündən getmirdi. Kişinin yerdə uzanıb imdat deyə bağıran gözlərini unudabilmirdim.
Özümü toparlamağa çalışırdım amma bu məndə alınmırdı. İçimdəki ağlağan körpə oyanmışdı.
Gözümü yuman kimi uşaqların, kişinin gözlərini xatırlayırdım. Bu mənzərəni unutmaq
məndə heç vaxt alınmayacaqdı. Dünyaya olan nifrətim daha da artmışdı. Sonrakı həyata
inanmasam da fikirləşirdim ki, kişi orda necə əzab çəkir. Lap deyək cənnətdədi,
amma o fikirləşirki 2 uşağı, həyat yoldaşı ac qalıb. Daha onlara 5-10 manat gətirəndə
yoxdu. O cənnətdə necə rahat ola bilərdi axı? Allaha dua edirdim, o biri dünya
olmasın. Kişinin orda çəkəcəyi əzabı göz önünə gətirib dualarıma qışqıraraq
davam edirdim. Başqa insana görə dua eliyəcəyim ağlıma belə gəlməzdi.
Fərid Cəfərov
Yorumlar
Yorum Gönder