![]() |
Dil fəlsəfəsi istiqamətində kontinental ənənələr
zamanla daha çox hermenevtik məktəblə sıx bağlı şəkildə inkişaf edən və
hermenevtik məktəbin nümayəndələri vasitəsilə davam etdirilən meyllərə
çevrilmişdi. Bu baxımdan Dilteydən başlayan, Haydegger və Gadamerlə davam edərək,
Derrida və onun post-struktralist yanaşması ilə müasir dövrə qədər gəlib çatmış hermenevtik məktəb və onun dillə bağlı fikirləri sadalanan istiqamətlərdən fərqli tərzdə, Husserl fenomenologiyası və Anglo-Amerikan fəlsəfi təfəkkürünün yaxınlaşdırılması ilə bağlı olaraq da meyllənmişdi. Bu meyllənmədə əsas fəlsəfi istiqamət fransız filosofu Pol Rikier(1913-2005) və onun fəlsəfi sintezi idi. Rikierin fəlsəfəsi özündə refleksiv, fenomenologiya və hermenevtik ənənələri birləşdirirdi.
Derrida və onun post-struktralist yanaşması ilə müasir dövrə qədər gəlib çatmış hermenevtik məktəb və onun dillə bağlı fikirləri sadalanan istiqamətlərdən fərqli tərzdə, Husserl fenomenologiyası və Anglo-Amerikan fəlsəfi təfəkkürünün yaxınlaşdırılması ilə bağlı olaraq da meyllənmişdi. Bu meyllənmədə əsas fəlsəfi istiqamət fransız filosofu Pol Rikier(1913-2005) və onun fəlsəfi sintezi idi. Rikierin fəlsəfəsi özündə refleksiv, fenomenologiya və hermenevtik ənənələri birləşdirirdi.
Rikier dil haqqındakı fikirlərində ilk öncəliyi
simvollara, daha dəqiq formada simvollardan yola çıxılaraq mətni və ya ifadəni
formalaşdıranın düşüncələrinin anlaşılmasını hədəfləyirdi. Bu baxımdan Rikierə
görə simvollar həm gerçəkliyi şəffaf şəkildə əks etdirən bir aynadır, özlüyündə arxasındakı mənanı bizə göstərir.
Digər tərəfdən də simvollar həm də aldadıcıdır, əsas məqsədləri də
arxalarındakı mənanın gizlədilməsidir. Rikier bu məna anlayışının ziddiyyətliliyindən
yola çıxaraq, mətnlərdəki gerçək məna problemini həll etməkdə əsas amil hesab
etdiyi hermenevtikaya əsaslanaraq simvolların iki cür, bir üzdə olan , ilkin olan, ikincisi isə əslində olan və ilkin olan mənanın dəlalət etdiyi mənanı nəzərdən
keçirirdi. Hermenevtikanın əsası kimi qiymətləndirdiyi şərh etməni də məhz bu əsl,
gizli mənanın simvollardakı ilkin mənaya əsasən tapılması kimi qiymətləndirirdi.
Rikier ilk öncə dilin dünyanı əks etdirən bir vasitə kimi yox, daha çox müstəqil
və qarşılıqlı əlaqələrə malik, özündən başqa kənar bir obyektə işarə etməyən
qapalı sistem kimi nəzərdən keçirən strukturalist yanaşmaya qarşı çıxaraq, dil
hadisəsi kimi nəzərdən keçirilən “söz”-ə yox(parole), dilin özünə(lingua)
yönəlməkdə ittiham edirdi. Rikierə görə əsas olan cümlədir və cümlə özlüyündə
bir “dil hadisəsi”-dir, hansı ki, bu dil hadisəsi cümlə daxilində keçici deyil,
əksinə möhkəmlənmiş vəziyyətdədir. Rikier dil hadisəsi dediyində dili özündən
daha çox “danışıq” formasını nəzərdən keçirir. Yalnız “danışıq” müəyyən bir
andadır və dildən fərqli olaraq müəyyən bir subyektə(söyləyən) malikdir. Söyləyənin,
ifadə edənin danışığı isə özülüyündə dil hadisəsi olan bu anlıq hadisənin cümlə
ilə ifadəsinə imkan verir. Çünki yalnız cümlədə müəyyən bir fikir vardır, cümlədə
bir fikir qəlibləşmişdir. Cümlənin ifadə etdiyi məna və dil hadisəsi arasındakı
əlaqə isə dialektik xarakterə malikdir.Yəni dil bir “danışıq” kimi hadisədir,
lakin bu hadisə “məna” olaraq başa düşülür. Rikierə görə cümlə və ya mətn onun
müəllifi olan şəxslə yanaşı eyni zamanda özünə aid bir mənaya da malikdir. Belə
ki, bir istifadəçi cümlə qurmaq istəyərkən müəyyən bir söz seçir, hansı ki, bu
sözün seçilməsi “məhz o sözün seçilməsi” mənasında Rikierə görə mütləqliyə
malikdir. İstifadəçi seçdiyi sözlər arasında müəyyən bir əlaqə yaradır və cümləni
formalaşdırır ki, cümlədə istifadəçinin anlatmaq istədiyi hər hansı bir dil
hadisəsi sabitlənir(2, 262-263). Rikierə görə isə bir simvolun istifadəçinin
ağlındakı mənaya işarə etdiyi kimi, həm də özündə başqa bir mənanı da daşıyır.
Rikier bunu “mənanın dünyası”
adlandırır(4, səh 264). Bu elə bir yerdir ki, burda oxucu və simvolun istifadəçisi
bərabər şəkildə iştirak edir. Rikier qeyd edir ki, biz başımıza gələn bir hadisəni
başqalarına izah etmək üçün onu danışırıq və biz danışdığımız bu “hadisəni”
danışıqla ifadə edirik. Lakin qarşımızdakı insan bizim danışığımızdan müəyyən
bir “mənanı” başa düşür. Bu məna bizim əslində demək istədiyimiz şeylə, dediyimizin qarşımızdakı insana yaratmış
olduğu məna bir birindən fərqlidir. Bu baxımdan dil dünyanı ifadə edən, yaxud
da bir sistem deyildir, o sadəcə olaraq dinləyicinin, qarşımızdakının yaratmış
olduğu öz dünyasıdır(1, 165-172).
Rikier eyni zamanda bu məna və hadisə dialektikasını mətnlərə də şamil
edir. Ona görə, əsrlər əvvəl danışmış birinin dediklərinin bizə yalnız yazı
vasitəsilə çatdırıla bilərdi. Bu baxımdan əslində nəzərdən keçirdiyimiz yazı(mətn)
“danışığın” insanın özündən kənarlaşdırılmasından başqa bir şey deyil. Özlüyündə
bir danışıqdır və danışığın olduğu kimi, ikili məna problematikasına malikdir(3, səh
22). Burdan bir
daha aydın olur ki, Rikier dil haqqında fikirlərində daha çox dilin fəaliyyətə
keçmiş forması olan “danışığı” nəzərdən keçirir. Onun əsas kimi götürdüyü cümlə
də məhz, danışıqda qurulan və eyni zamanda da yazıda danışığın kənarlaşdırılması
kimi var olan “deyilmiş olandır”. Rikier Derrida kimi mənanı itirmək əvəzinə
onu analitik filosoflarda və Husserldə də olduğu kimi, lakin onlardan fərqli
olaraq hər ikisinin əsas olması baxımından mənanı ikiləşdirirdi.
Ədəbiyyat
- Eren Rizvanoğlu, “Anlamdan Yoruma: Dil Felsefesinin Sınırları Üzerine Bir İnceleme”, Doktora Tezi, Ankara, 2013
- Nasr Hamid Abu-Zeyd, “Hemenötik ve metin yorumu”, (tərc. Dr. Muhammed Coşkun) Marmara Üniversitesi İlâhiyat Fakültesi Dergisi, Cilt-Sayı 46, 2014.
- Ricoeur Paul, “Interpretation Theory: Discourse and the Surplus of Meaning”.Texas Christian University Press. 1976.
- Ricoeur Paul, “Zaman ve anlatı”(4), (tərc. U. Öksuzan, A. Altınörs), 2010.
Yorumlar
Yorum Gönder