![]() |
Albert
Kamyu “Taun”, Qarsia Markez “Vəba günlərində eşq”, ”Patriarxın payızı”… Bu
əsərlərlə çoxlarımız tanışıq və az da olsa onlarda ifadə olunan hadisələrə
bəzən sevinmiş, bəzən də təəssüf hissi ilə kədərlənmişik. Bu əsərlərin adlarını
çəkməkdə məqsədim hər üçündə də tarixən insanlığa gördüyü ən böyük qırğınları
yaşadan,həyatı bəzən tamamilə məhv edən, bəzən də yaşanılması mümkün olmayan
vəziyyətə gətirən taun haqqında ətraflı məlumat vermələridir.
Bəşər
tarixində “qara ölüm” adlandırılan taun,onun törətdikləri nəticələri və gəldiyi kimi, bir anda da qeybə
çəkilməsi istər adlarını çəkdiyimiz kitablarda, istərsə tarixi mənbələr və rəsm
əsərlərində reallığı ilə əks olunur.
Qədimdə
insanlar taunu Tanrının göndərdiyi bir bəla kimi qiymətləndirirlər.Kimsə harda
yarandığını, necə ortaya çıxdığını bilmir. Tarixin ən qədin qaynaqlarından olan
Tövratda belə taundan bəhs edən mətinlər yer almaqdadir. Burada taunu Tanrının
Fironun zülmlərinə cavab olaraq göndərdiyini və yenə Tövratda İsrailoğullarının
yolunu azdığı dönəmdə Tanrı tərəfindən göndərilən bir “Əzab” kimi bəhs olunur.
Digər tarixi mənbələr də bu barədə ətraflı yazır. Belə ki, m.ö XIV əsrdə
Anadolu Hetitlərində taun ortaya çıxmışdır. Bu zaman hökmdar II Murşili özündən
əvvəlki kralların haqsızlığına görə bunun bir cəza olduğunu düşünmüş və
qurbanlar vermişdir….
Taun və onun
tarixi, məhv elədiyi hayatları artıqlaması ilə təsvir etmək olar. Mənin isə
əsas məqsədim Avropada yayılan taun və onun yaranma səbəbləri, insanların
taunla mübarizəsi daha çox maraqlandırır. Yenə tarixə baş vuraraq deyə bilərik
ki, taun Avrpanı 3 dəfə, özüdə olduqca ağır şəkildə vurmuşdur. İşin maraqlı
tərəfi isə ordadır ki, bu epidemiyanın çıxış nöqtəsi məhz həmişə Şərq olmuşdur.
”Qara ölüm”-ün ilk zərbəsi Fələstində Batsemeş epidemiyası zamanı meydana
gəlmişdir. Təxminən 50 min insanın ölümünə səbəb olan yayılma m.s 164-cü ildə
Romaya sıçradı. Hələ Şərqdə sanitariya işi ilə məşğul olmaq istəyən
xiristianlara taunlu Farslılar xəstəlikli paltarları atır və Tanrıdan onlara da
taun göndərməsini istəyirdilər. Xəstlik Afinanı da vurmuşdu.Lukretsi yazırdı
ki, insanların toplu halda öldükləri Afinada şəhər ətrafında daimi yanar tonqal
alovlanırdı. İnsanlar ölülərini gecə-gündüz ora daşıyırdılar,amma yer çatmırdı.
Sağ qalanlar əzizlərini odda yerləşdirmək üçün ölüləri bir kənara atır və
əllərində məşəllərlə bir-biri ilə dalaşırdılar,onlar hər çür döyüşə hazır
idilər, yetər ki,əzizlərini taleyin ümidinə buraxmasınlar. Sakit və qaranlıq
suların qarşısında alovun qırmızı dillərinin işıqlandırdığı gecədə dava
edənləri təsəvvür etmək belə tük ürpərticidir. Yayılmanın 4-cü ilində artıq
nüfuzun ¼ məhv olmuşdu. M.s 574-də artiq “qara ölüm” daha da qərbə yayılmaqda
idi. Uzaq diyarlardan toplanmış Yustinianın əsgərləri özləri ilə hələ qərbə çox
tanış olmayan “ölüm” gətirirdi. Məqsəd ali idi, Romanın qüdrətini bərpa etmək…
Qeyd etdiyimiz
kimi, qeybdən yarandığı kimi, bir anda da qeybə çəkilən “ölüm” Avropanı tərk
etmiş kimi görünürdü. Hətta papa Greqori məbədin üzərində Müqəddəs Mikayılı
qılıncını qınına qoyarkən gördüyünü elan etmişdi (St.Angel məbədi). Lakin, ”ölümün” ortadan
çəkilməsi yeni-yeni ölümlərə yol açmışdı. Bir daha kütləvi qırğınlar yaşamaq
istəməyən Avropa tauna səbəb ola biləcək nə vardısa düşmən elan etdi. Hədəf isə
Yəhudilər oldu.Demək olar ki,bütün Avropada “Yəhudi ovu” elan olundu.Yəhudilər
ya məhv edildi,ya da sürgün. Eyni zamanda dul və kilsədən kənar tibbi fəaliyyət
göstərən qadınlar da “ifritə” adlandırılaraq ya yandırıldı, ya da şeytanı
bədənlərindən çıxarmaq üçün suda boğuldular. Bizlərin Qərbin “Orta əsrlər
qaranlığı” adlandıdığımız dövr başladı…
Mübarizə yorucu
və tam gücü ilə davam edirdi. Artıq mübarizədən Şərq xalqları da nəsibini
almışdı. Avropada isə vəziyyət daha da qəribələşməkdə idi. Kilsənin
“profilaktikası” sayəsində hər şey əla görünürdü. Tək maneə isə küçələrdəki
sahibsiz pişiklər idi. 1242-ciildə papa Urban rəsmi sürətdə pişikləri şər
qüvvənin daşıyıcısı elan etdi və pişiklərlə yanaşı, pişik sahiblərinin də ölümə
məhkumluğunu bildirən fərman verdi. Bununla da yeni “repressiya”-lar başlandı.
Belə demək mümkündürsə, Avropada pişiklərin kökü kəsildi. Xüsusilə İtaliyada
pişiklər tamamilə yoxa çıxmışdı…
Təxminən bu
vaxtı uzaq Şərqdə-Çində “qara ölüm” yenidən ortaya çıxdı. Mənbələrə görə Çinə
taun Orta Asiyadan,ordakı dağ siçanları vasitəsilə gətirilmişdi. Dağ siçanların
kürkü öz dövrü üçün önəmə malik bir material idi və insanlar siçan ovu üçün
gecələrini gündüzə qatırdılar. Taunlu siçanların ortaya çıxaraq ölməsi isə
kimlər üçünsə bir nemət idi. Hansı ki,bu nemət xəz dəri şəklində İpək yolu ilə
Xəzər sahillərinə gətirilirdi. Və burda da Avopalı tacirlər necə əldə
olunduğunu bilmədikləri xəz dəriləri aldılar. Lakin,hələ ilk başda siçanlar
tərəfindən daşınan və yayılan birələr daşıdıqları (yersinia
persis-1894 Alexander Yersin tərəfindən kəşf olunmuş taun mikrobu) taunu
insanlara və heyvanlara yoluxdurmuşdular. Hələ xəz dərilər Avropaya çatmamış
Astarxan və Saray şəhərlərində yayıldı(1346)(xatırladaq ki, buna dək 1337,1330 illərində də Avropanın bəzi
şəhərlərində taun meydana çıxmışdı. Bəhs etdiyimiz isə tarixə “Böyük vəba
epidemiyası“ adı ilə düşmüş hadisədir).1347 və 48-ci illərdə Hindistandan
karvanla dönən ərəb səyahətçi alimi İbn-i Bəttutə yalnız Hələbə
çatdığında epidemiyadan xəbəri oldu.Bu onu göstərir ki,taunu Yaxın
Şərqdən yayılmamışdı. Xəz dərilərlə birlikdə ticarət karvanları (orta əsr
Avropa gəmiləri,hansı ki,anbar fəaliyyəti göstərən alt qatları siçanlara yuva
idi və tarxdəki “batan gəmini ilk olaraq siçanlar tərk edir” deyimi də burdan
yaranmışdır) ilə Kaffa limanına yayıldı. Bir digər qaynaq isə 1346-da Qıpçaq
ordusu tərəfindən mühasirəyə alınan Kırımda şəhərə mancınıqlarla atılan taunlu
cəsədləri səbəb kimi göstərir.Məntiqi nəticə olaraq bir il ərzində Kaffadan
Genuyaya dək taun əksər limanlara yayıldı.İlk zərbə Konstantinopola dəydi.
Prokopun yazdığına görə xəstəlik hər gün 10 min insanın canını alırdı. İnsanlar
o qədər qorxu və carəsızlik içərisində idilər ki,bəzən ölüləri dəfn
etmir,onlara yaxın dura bilmirdilər. Dəfn işçiləri belə cəsədləri xüsusi
qarmaqlarla dartıb aparırdılar.Xəstəlik saraya da yayılmışdı. Belə ki,imperator
Cantacuzenisin oğlu 1347 də vəbadan öldü…
Yayılma davam
edirdi.1347-ci il oktyabrında Messina və ardından bütün Siciliya tauna yoluxdu.
1348-də Sardiniya və həmən sonra da İspaniya xəstəliyin cənginə keçdi.Arxada
qalan və çoxdan yoluxmuş
Afina kimi şəhərləri mənbələrə görə quşlar belə tərk edirdi…Genuyalılıar isə
taun barədə xəbəri alan kimi şəhərin qapılarını və limanını bağlamaq əmri
vermişdilər. Xəstə insanların şəhərə girişi qadağan olunmuşdu. Məcburiyyət
qarşısında qalan xəstə daşıyan gəmilər Marsel, Pizza kimi şəhərlərə yan aldı…və
taun sürətlə Avropaya yayılmağa başladı. Marseldə səlnaməçilərə görə 83
rahibdən yalnızca 4-ü sağ qalmış,onlardan da 3-ü qaçıb getmişdi. Carəsizliyi
görən keşiş Balzens özünü bir otaq dolu azuqə ilə evə salmış və qapıları
hörməyi vəsiyyət etmişdi. Əhali də hirslənərək taunlu ölüləri qalaq-qalaq evin
ətrafına atmışdı. Marseldə dəhşətli taun sonralar da özünü göstərmişdi (1720-22).
Hətta tarixçı Matyö Mare qeydlərində yaşadığı dövrü və yeri cəhənnəm adlandırmışdı.
Marseldə ölüləri dəfn işini heç kim öz üzərinə götürmürdü. Rəhbərlik isə bütün
məhkumları zorla bu işə cəlb etmişdi. Çoxu məhkum ya qaçır ya da qalıb ölürdü.
Provansda taun küləyinin qarşısını almaq üçün hündür divarlar tikilirdi. Demək
olar ki, Avropa insanlarının tauna qarşı heç bir silahı yox idi. Tək çarə
qaçmaq idi və bu da daha sürətli yayılmaya səbəb olurdu.
Taun artıq
1348-də qul və dəri ticarəti ilə İskəndəriyyəyə, ordan Suriya və Fas-a
yayılmışdı. İskəndəriyyədə taun nəticəsində əmələ gələm sızanaqlar( xəyərək)
odla dağlanırdı və bu qismən də olsa nəticə vermişdi. 1348-də Fransa,ardından
ingiltərə və Skandinaviya,1349-da Danimarka və Almaniya, 1351-də Polşa, 1352-də
Rusiya tauna yoluxdu. Rusiyaya bu zaman şiddətli siçan köçü müşaiət olunurdu. Artıq
taun Şərqdə yayılmağa davam edirdi və Avropada təsiri zəifləməkdə idi…
Şərqdə də bu
barədə bir sıra fikirlər yaranmaqda idi. Belə ki,Buxari yazırdı:
“Bir yerdə vəba
olduğunu eşitdiyinizdə ora getməyin, Və olduğunuz yerdə vəba olarsa da oranı
tərk etməyin”
İbn Sina və İbn
Hatibin də əsərlərində taun haqqında geniş məlumat verilmişdi, hansı ki, bundan
daha sonralar XIX əsrdə geniş istifadə olunmağa başlanıldı. Bir tibb kitabında
da taun haqqında “Taun vəbadandır, lakin hər vəba da taun deyildir” yazılmışdır..
Taunlu Avropa
cəsəd və qan yığınağını xatırladırdı. Qitə elə bil maskalı həkimlərin
karnavalına çevrilmişdi. Konstantinopolda çarpayılar belə çürüməkdə idi. Şəhər
sanki xarabalıq idi. Londonda onlarla insan xərəklərdə daşınırdı. Umberto
hakimiyyətindəki Lombardiyada elə bir taun qasırğası baş vermişdi ki, ölüləri
dəfn etməyə belə imkan olmurdu. Oxşar hadisələr Pavliya və Romada da yaşanmaqda
idi. Florensiyada da hadisələr eyni vəziyyətdə idi. Bu barədə dövrün şairi
Giovanni Bocaccio “Decameron” hekayələr toplusunda yazırdı:
“Atalar
oğularını, analar körpələrini atırdılar, xidmətçilər xanımlarından çəkinir,
rahiblər ölülərin günahlarını dinləməkdən imtina edir və heç kim dininə uyğun
dəfn olunmurdu”
Eyni zamanda
ümidini itirmiş insanlar tamamilə məntiqsiz addimlar atırdılar. Uzun zaman öncə
xristianlığı qəbul etmiş abilisinlər taunu cənnətə getməyin ən gözəl üsulu kimi
qiymətləndirir və taunlu xəstələrin büküldüyü örtüklərə bürünür və ölümlə ölməyə
çalışırdılar.
Taunlu günlərdə
həyat az da olsa davam etməkdə idi. Belə ki, nə qədər inanılmaz olsa da Milan
məzarlığı artıq sevgililərin görüş yerinə çevrilmişdi. Bəzən olurdu ki, Saturn
bayramını bütün sağ qalanlar birgə qeyd edirdi. Səhərə sağ çıxacaqları belə
şübhəli olan insanlar az da olsun sevinirdilər. Kilsələrdə isə gecə-gündüz
taunluların hamisi Müqəddəs Roşa dualar oxunurdu. İnanırdılar ki,üzərinə yağ
çəkilmiş geyimlər taunu yaxın buraxmır,ona görə də varlı insanlar daha çox bu
tip geyimlərə meyl edirdilər. Kilsə insanları inanırdılar ki,qanlarını
axıtmaqla müalicə olunmaq mümkündür və əgər zəhərli qan axarsa tanrılar rəhmə
gələ bilər. Lakin insanların çoxu elə qanaxmadan vəfat edirdi…Bir müddət sonra
isə taun gəldiyi kimi,bir anda yox olmuş kimi,ortadan itdi…
Taunun
nəticələri isə insanlıq üçün olduqca ağır oldu.Papa IV Clementin məmuralarının
hesablamalarına görə Şərqdə gələn xəstəlik nəticəsində 23.8 mln insan taundan
ölmüşdü.Bu Avropa nüfuzunun 31%-i idi. Fransada nüfuzun 50%-i, İngiltərədə 30% (1
mln nəfər) olmuşdu. Şərqi Avropada isə nüfuzun 15%-i məhv olmuşdur.
Bütün bu
olanlardan sonra Avropalılar başa düşdülər ki, taun mikrobu heç vaxt məhv
olmur, əbədi yoxa çıxmır. O, on illər boyunca mebelin hansısa bir ucunda və ya
camaşır qalağında yata bilər və səbrlə yataq otağında, zirzəmidə, camadanda,
yaylıqlarda, kağızlar arasında öz saatını gözləyə bilər. Bəlkə də, bir gün
insanlara dərs vermək və ya onları məlumatlandırmaq üçün fəlakət günü olacaq. O
gün taun yenidən siçovulları hərəkətə gətirəcək və onlar ölmək üçün xöşbəxt
şəhərlərin küçələrinə yollanacaqlar…
Müəllif: Araz Əliyev
Yorumlar
Yorum Gönder