"Tiresias: Ovidin Metamorfozları" - Fərid Kazımov

*Oxuculardan bu məqaləni müəllifin öz fikirlərini və əlavələrini də ehtiva etdiyi üçün müvafiq mifin şərhi kimi qəbul edərək oxumalarını və əlavə mənbələrə də nəzər yetirmələrini xahiş edirik
Tiresias (Teiresias) adlı mifik kor kahin Tebes Evi ilə əlaqəli olan Yunan tragediyasında mühüm rola malikdir. Şekspirin “Yay axşamı yuxusu”, Bokaççonun “Dekameron” u, Çoserin “Kenterberi hekayələri”, məşhur “Min
bir gecə nağılları” və Ovidin “Metamorfozlar”ı bir hekayənin bir digəri ilə əhatələndiyi ən məşhur hekayə kolleksiyaları arasındadır. Xaricdəki hekayələr daha çox içəridəki daha maraqlı, tez-tez ədəbsiz hiyləgərliklərlə zəngin  olanlarını çərçivə, yaxud məntiq ilə təmin edir.
Ovidin “Metamorfozlar”ının çərçivəsi yaradılış günlərindən Ovidin müasiri olduğu dövrə qədərki hadisələrin tarixidir, ancaq təhrif ilə birgə; bütün danışılan hekayələr fiziki çevrilmələr (metamorfozlar) haqqındadır. Təsdiq edilə bilən tarixi fiqurlar bəşər övladından tanrılara çevrilmiş Yuli (Sezar) və Avqust (Oktavian) ilə məhdudlanır. Digər çevrilmiş fiqurlar Yunan-Roma əfsanə və miflərindən gəlir.

Tebes Evi
Ovidin “Metamorfozlar”ının üçüncü kitabı Tebes Evi haqqındadır, lakin sadə xronologiya şəklində deyil. Əksinə, haşiyə mətnlər və daxili hekayələr var. Tebes Evinin üzvlərinə aiddir:
Kadmus: Kadmus əjdahanın dişlərini əkərək “əkilmiş adamlar”ı (Spartalılar) yaratmışdı. O həmçinin Tebesin qurucusu idi.
Edip: Bir kahin Edipin valideynlərinə xəbərdarlıq etmişdi ki, onların övladı böyüyüb atasını öldürəcək, anası ilə də evlənəcəkdir. Valideynləri övladlarını öldürməyə cəhd etmiş və bunu bacardıqlarını zənn etmişdilər, lakin o, öncəgörmənin həyata keçməsi üçün xilas edilmiş və yaşadılmışdı.
Dionis: Dionis insanların şeyləri gerçəkdə olandan fərqli görmələrini təmin edən tanrı idi. Bu yolla o, bir gün ona inanmayanlardan birinin öz anası tərəfindən parçalanmasına səbəb olmuşdu.
Semele: Semele Dionisin anası idi. Əri Zevsdən tam görkəmi ilə özünü göstərməsini xahiş edəndə bu, onun üçün dözülməz olmuş və yanmışdı. Zevs doğulmamış Dionisi qapıb öz buduna tikmişdi.

Tiresiasın Hekayəsi
Tebes Evi əfsanələrində ən mühüm periferik fiqurlardan biri hekayəsi Ovidin Metamorfozlarının üçüncü kitabında təqdim edilən kor kahin Tiresiasdır. Tiresiasın kədərli hekayəsi və çevrilməsi iki cütləşən ilanı naməlum səbəbdən dolayı ayırdıqdan (onları vurub yaralayaraq) sonra başlayır. Tiresiası qəzəbli formada zəhərləmək əvəzinə ilanlar onu sehrli şəkildə qadına çevirdilər.
Tiresias özünün bu transgenderləşmiş çevrilməsindən xoşhal deyildi, lakin bununla belə onu ya öldürəcək, ya da cadunu tərsinə çevirəcək yolu öyrənənə qədər yeddi il bir qadın kimi yaşadı. İlanları yeddi il əvvəl vurduqdan sonra çevrilmə baş tutduğu üçün o, bu dəfə eyni şeyi etdi və beləcə, yenə kişiyə çevrildi. “Metamorfozlar”ın Melvil tərəfindən tərcüməsində bu hadisə belə verilib: “..Səkkizinciyə (il)qədər o ilanları bir dəfə də gördü və dedi: ‘Əgər sizi vurmağın sehrli gücü varsa, vuranın cinsini digər cinsə çevirirsə, mən sizi yenə vuracağam’.O, ilanları vurdu və anadangəlmə görkəmini təzədən geri aldı.”
Ancaq bədbəxtlikdən onun həyat hekayəsi Olimplilərin ən konfliktli cütlüyünün, Yunona (Yunanlarda Hera) və onun əri Yupiterin (Yunanlarda Zevs) diqqətinə tuş gəlir.

Qadının Həzzi
Cütlük şən zarafatlar edərkən Yupiter Yunonaya deyir: “Siz qadınlar məhəbbətdən biz kişilərin aldığından daha çox zövq alırsınız”. Yunona bununla razılaşmır. Beləcə, onlar bu mübahisəni həll edə biləcək yeganə şəxsə, Tiresiasa müraciət edirlər. O, sevginin hər iki tərəfini də bilirdi. Beləcə, o, Yupiterin haqlı olduğuna qərar verdi. Yunona hiddətləndi və bu qəzəblə Tiresiası kor etdi. Yupiter görüş gücünü itirməklə cəzalandırılmış Tiresiasın vəziyyətini yüngülləşdirmək üçün (heç bir tanrının hər hansı bir tanrının etdiklərini ləğv etmək haqqı olmadığı üçün) onu gələcəyi görmə bacarığı ilə mükafatlandırdı.

Tiresiasın Digər Əfsanələri
Tiresias Evripidin “Bakkalar”ı və Odisseyin yeraltı sərgüzəştləri daxil olmaqla Edip əfsanə və faciələrində də səhnəyə çıxır. Ovidin “Metamorfozlar”ında isə o, öz hədiyyəsini əlavə iki çevrilmə hekayəsində istifadə edir; “Nərgiz və Exo”, “Bacchus və Penfey”.
Tiresias fiquru sonrakı Avropa ədəbiyyatında həm peyğəmbər, həm də kişi-qadın kimi təzədən xatırlanır. Belə əsərlərə misal olaraq Giyom Apollinerin sürreal pyesi olan “Les Mamelles de Tirésias”ı (ilk dəfə 1917-ci ildə ifa olunub;“Tiresiasın Məmələri”) və Tomas Eliotun "The Waste Land" (1922;“Bəhərsiz Torpaq”) poemasını göstərmək olar. 


Tərcümə edən: Fərid Kazmov
Mənbə: ThoughtCo


Əlavə mənbələr:
Encyclopaedia Britannica. Tiresias. (February 06, 2020) https://www.britannica.com/topic/ Tiresias Access date: March 22, 2020
* Ovid, and A D. Melville. Metamorphoses. Oxford: Oxford University Press, 1998. Internet resource.


Yorumlar