"Ərəb tərcüməçilər və Yunan fəlsəfəsi" - Peter Adamson

Eramızın ilk əsrlərində Avropa filosofları əsasən yunan dilində yazırdılar. Romanın Aralıq dənizini fəth etməsindən və paganizmin dağılmasından sonra da fəlsəfə tamamilə Yunan mədəniyyəti ilə əlaqələndirilir, xatırlanırdı. Siseron və Seneka kimi Romanın qabaqcıl mütəfəkkirləri Yunan ədəbiyyatının təsirinə məruz qalmışdılar və hətta Siseron hörmətini göstərmək məqsədi
ilə fəlsəfi qəhrəmanların evi Afinanı ziyarət etmişdi. Təsirlidir ki, Mark Avreli “Özüm üçün düşüncələr” kitabını yunanca yazmaq dərəcəsinə çatmışdı. Siseron və daha sonra Boethius - Latın dilində fəlsəfə ənənəsini yaratmağa cəhd etmişdilər. Ancaq erkən orta əsrlərdə yunan düşüncəsi latıncaya qismən və dolayı yolla daxil ola bilərdi. Başqa yerdə vəziyyət daha yaxşı idi. Roma imperiyasının şərq hissəsində yunanca bilən Bizans, Platonu və Aristoteli orijinal mətnlərdən oxuya bilirdi. Və İslam dünyasının filosofları yunan intellektual irsinə qeyri-adi dərəcədə çatmaq imkanına sahib olmaqdan zövq alırdılar. X əsrdə Bağdadda ərəb oxucularının Aristotelə çatmaq imkanı indiki ingilis oxucularının imkanı ilə demək olar ki, eyni dərəcədə idi.
Bu, səkkizinci əsrin ikinci yarısında Abbasi xilafəti dövründə yaxşı maliyyələşmiş tərcümə hərəkatı nəticəsində olmuşdu. Ən yüksək mövqelərdən, hətta xəlifə və ailəsinin dəstəklədiyi bu hərəkat Yunan fəlsəfəsini və elmini İslam mədəniyyətinə köçürmək xarakteri daşıyırdı. Onların imperatorluqları təkcə maddi cəhətdən deyil, həm də mədəni baxımdan kifayət qədər imkanlara sahibdi. Antik dövrdən İslamın yüksəlişinə qədər yunanca, xüsusilə Suriyadakı xristianlar arasında intellektual məşğuliyyət dili olaraq mövcud olmağa davam etmişdi. Beləliklə, müsəlman aristokratlar Yunan elmini və fəlsəfəsini ərəb dilinə tərcümə etmək qərarına gəldikdə qapılarını döydükləri məhz bu xristianlar oldu. Yunanca olan araşdırmaları bəzən süryanicəyə, sonra da ərəb dilinə tərcümə olunmuş ola bilərdi. Bu çətin məşğuliyyət idi. Çünki, Yunan dili semit dili deyil; Başqa sözlə, tədqiqatlar bir dildə olan ailədən başqa bir dil ailəsinə aparılırdı: Latıncadan İngilis dilinə tərcümə etməkdən çox Fin dilindən İngilis dilinə tərcümə etmək kimi idi. Və ill vaxtlar ərəb dilində fəlsəfi düşüncələri ifadə edə biləcək heç bir termin mövcud deyildi.
Yaxşı, bəs Abbasi cəmiyyətinin siyasətçi sinfini bu nəhəng və çətin təşəbbüsü dəstəkləməyə məcbur edən səbəb nəydi?
İzahatın bir hissəsi şübhəsiz ki, elmi ədəbiyyatın böyük faydası idi: mühəndislik və tibb kimi nəzəriyyələr haqqında yazılmış əsas mətnlərin praktiki tətbiqinin olmasıydı. Lakin bu, məsələn, Aristotelin “Metafizikası” və ya Plotinosun “Enneadlarını” ərəb dilinə tərcümə edən tərcüməçilərin nə üçün səxavətlə təltif olunduğunu izah etmir. Yunan-Ərəb tərcümə hərəkatını araşdıran alimlərin araşdırmaları, xüsusilə Dimitri Gutasın “Yunanca düşünce Arapça kültür”(1998) əsəri, bunun həqiqətdə son dərəcə siyasi olmasının fikrini dəstəkləyir. Xəlifələr fars mədəniyyətinə və qonşu Bizansa qarşı öz mədəni hegemonluğunu qurmaq istəyirdilər. Abbasilər ellin mədəniyyətini xristian ilahiyyatının qaranlıqda buraxdığı Bizansdan daha yaxşı davam etdirdiklərini göstərmək istəyirdilər.
Müsəlman ziyalılar Yunan mətnlərini dinlərini qorumağa və daha yaxşı başa düşməyə kömək edən mənbə kimi qəbul edirdilər. Bu fürsəti tətbiq edənlərdən biri ərəbcə yazan ilk filosof (e.ə.870-ci illərdə vəfat etdi) Əl-Kindi idi. Sarayda elm-fəlsəfə işlərinin aparıldığı mənzildə məskunlaşan varlı müsəlman əl-Kindi, yunan dilindən ərəb dilinə tərcümə edən xristianların işinə nəzarət edirdi. Nəticələr qarışıq idi. Cəmiyyətin Aristotelin “Metafizikası” üzərində işi bəzən demək olar ki, anlaşılmaz idi (dürüst desək, bəziləri bunu”Metafizikanın” yunan versiyası üçün də deyə bilər) və Plotinosun əlyazmalarının “tərcümələri” çox vaxt yeni və əlavə şərhlərdən ibarət idi.
Bu, xüsusilə Yunan-Ərəb tərcümələrinin diqqətə çarpan xüsusiyyətidir - bəlkə də, bütün fəlsəfi tərcümələrin. Xarici dildən fəlsəfi mətn tərcümə edənlər bilir ki, oxuduğunu dərindən başa düşülməsi lazımdır. Bu vaxt mənbənin, mətnini hədəf dilə necə tərcümə etmək barədə çətin qərar verməlisiniz və oxucu (əsl nüsxəsini bilməyən və ya əldə edə bilməyən) tərcüməçinin qərarına qalacaqdır.
Budur mənim ən sevdiyim nümunə. Aristotelin istifadə etdiyi yunanca “eidos” kəlməsi həm forma və növ mənasında (“insan heyvanlar ailəsinə aid bir növdür” cümləsində) istifadə olunur. Nəticədə ərəb tərcüməçiləri “eidos” sözünə rast gəldikləi zaman Aristotelin nə demək istədiyinə qərar verməli oldular. Lakin ərəb dilindəki Plotin terminoloji qərarlarından çox kənara çıxdı. İbrahimi dinlərinin güçlü Rəbb kimi uca və bütün ilk prinsiplərini, Neo-platonik fikirlə yenidən ifadə edərək Plotinusun monoteist teologiya təlimin etibarlılığını aşkar etməyə kömək etmək üçün mətnə əhəmiyyəli müdaxilələr etdi.
 Bütün bu hadisələrdə əl-Kindinin rolu nə idi? Əslində, tam əmin deyilik. Açıq-aşkar görünür ki, öz-özünə tərcümə etməməsi və hətta yunan dilini belə bilməməsi ola bilər. Lakin qeydlərdən göründüyü kimi, Plotinusun tərcümə mətnlərinə öz fikirlərini əlavə etmək üçün bəzi “düzəlişlər edib. Aydındır ki, əl-Kindi və həmkarları düzgün tərcümənin;  mənbə mətninə bağlılıq deyil, həqiqəti çatdırmaq olduğunu düşünürdülər.
Ancaq əl-Kindi bununla da kifayətlənmədi. Xəlifə də daxil olmaqla hamilərinə, adətən risalə və namələrdən ibarət müstəqil tədqiqatlar aparmışdır. Bu məktublarda Yunan düşüncəsinin  gücü, əhəmiyyəti və İslam anlayışı ilə necə əlaqə qura biləcəyini açıqlayırdı. Həqiqətəndə, əl-Kindi Ellin düşüncə tərzinə malik insan idi. Bu, yunan dilində yazan antik nəsili kor-koranə təqib etdiyi mənasına gəlmir. Əksinə, Əl-Kindinin cəmiyyətinin özünəməxsusluğu yunan düşüncələrinin mənimsənilməsində və onlarla ayaqlaşmasında idi. Bu, ilk prinsipin artıq Rəbb kimi qəbul olunduğuna əsaslanaraq tərcümə olunmuş mətnlərə yol açmışdır. Əl-Kindi bu gün unutmağa meylli olduğumuz bir şeyi bilirdi: fəlsəfi tədqiqatları tərcümə etmək fəlsəfə ilə məşğul olmağın güclü metodu ola bilər


Tərcümə edən: Kamran Əliyev
Mənbə: Aeon

Yorumlar