"Nisi ipse intellectus" - Gottfrid Leibniz

Haqqında bu qədər danışılan bu “boş səth” mənə görə təbiətin heç qəbul etmədiyi və sadəcə filosofların əksik anlayışlarına yerləşmiş bir uydurmadan başqa bir şey deyil. Bəlkə də, mənə, filosofların bu “boş səthləri”nin ruhun təbii və özünəməxsus olaraq sadəcə çılpaq bacarıqlara sahib olduğu mənasına gəldiyi formada cavab veriləcəkdir. Amma fəaliyyətsiz bacarıqlar, qısaca saf güclər də təbiətin heç tanımadığı və ancaq mücərrədləş-dirmələr edilərək əldə edilən
uydurmalardır. Çünki dünyada heç bir fəaliyyət göstərmədən yalnız gücün içərisinə qapanan bir bacarıq harda tapıla bilər?  Hər zaman bir fəaliyyətə və birindən daha çox digər fəaliyyətə xüsusi bir uyğunluq vardır. Və uyğunluqdan başqa fəaliyyətə bir meyillilik də vardır və hər şəxsdə hər zaman eyni anda sonsuz sayda meyl vardır: və bu meyillərin bəzi təsirləri vardır. Ruhun o və ya bu düşüncələrə qərar verməsi üçün və daxilimizdə yer alan fikirlərə qarşı özünü qoruması üçün təcrübənin zəruri olduğunu etiraf edirəm: amma təcrübənin və duyğuların fikir yaratmaq üçün bir yolları varmı? Ruhun pəncərələri varmı, lövhələrə bənzəyirmi? Bal mumu kimidirmi? Ruhu bu formada görənlərin təməldə onu cismləşdirdikləri açıqdır. Mənə qarşı filosoflar arasında qəbul olunmuş bu aksiyomu irəli sürəcəklər: duyğulardan gəlməyən heç bir şey ruhda yoxdur. Amma ruhun özünü və duyğulanmaları bir-birindən ayırmaq lazımdır.
Nihil est in intellectu, quod non prius fuerit in sensu, excipe: nisi ipse intellectus. (Daha əvvəl duyğuların içərisində olmayan bir şey zəkanın də içərisində yoxdur, bunun istisnası, əgər bu zəkanın özü deyilsə). Əslində isə ruh duyğuların verə bilməyəcəyi varlığı, mahiyyəti, biri, eynini, səbəbi, hissi, əqli nəticə  və bir çox digər anlayışı əhatə edir.
Bəlkə də, usta yazarımız (Con Lokka işarə) mənim duyğumdan tamamilə uzaqda olmayacaqdır. Çünki ilk kitabının hamısını müəyyən bir mənada nəzərdən keçirilən, anadangəlmə işıqları rədd etmək üçün istifadə etdikdən sonra, ikinci kitabının əvvəlində və sonrasında duyğunun içərisində heç bir kökü olmayan fikirlərin düşünmədən qaynaqlandığını etiraf etmişdi. Əslində isə düşünmə bizdə olan şeyə olan diqqətdən başqa bir şey deyil və duyğular daha əvvəl özümüzlə daşıdığımız şeyləri bizə verə bilməzlər. Bu belə olduğuna görə zehnimizdə çoxsaylı anadangəlmə şey olması fikrini inkar edə bilərikmi, çünki demək olar ki, öz özümüzə anadangəlmə deyilikmi? Və içimizdə varlıq, bütövlük, maddə, zaman, dəyişiklik, fəaliyyət, hiss, zövq və intellektual fikirlərimizin min cür dəyişik obyekti vardır. Bu eyni obyektlər hər zaman zəkamıza birbaşa və hər zaman hazır verildiyinə görə, (düşüncəli olmağımıza və ehtiyaclarımız səbəbi ilə hər zaman fərqində olmasaq belə) bu fikirlərin onlara əsaslanan hər şeylə birlikdə anadangəlmə olduğunu dediyimizdə nə üçün təəccüblənilir ki? Tamamilə bütöv mərmər daşdan və ya boş lövhələrdən, yəni filosofların “tabula rasa”sından çox damarları olan mərmər daşı bənzətməsindən yararlandım, çünki ruh bu boş lövhələrə bənzəyirsə, gerçəklər içimizdə Heraklın şəklinin bir mərmərin içində olması kimi olacaqdır və mərmər bu şəkili və ya başqa şəkili almaq məsələsində tamamilə laqeyd olacaqdır. Amma Heraklın şəklini digərləri içərisindən seçib göstərən mərmərin damarları varsa,  mərmər bununlada daha müəyyən olacaqdır və bu damarları tapmaq üçün və onların görünməsini əngəlləyən şeyi çıxararaq təmizləmək üçün çalışma ehtiyacına rəğmən Herakl bir formada anad kimi olacaqdır. Beləliklə fikirlər və gerçəklər bizə, bu zahiriliklər hər zaman duyğusuz fəaliyyətlərlə birlikdə olmalarına rəğmən, fəaliyyətlər kimi deyil meyillər, uyğunluqlar, vərdişlər və ya təbii zahiriliklər kimi anadangəlmə olacaqdır.
Nouveaux Essais sur l ’E ntendement humain (İnsan zəkası haqqında yeni esselər)

Dürüstlük haqqında
Hüquq müəyən bir əxlaqi gücdür və vəzifə bir əxlaqi təzyiqdir. “Əxlaqlar”-dan başa düşdüyüm dürüst insanlarda təbiət qüvvələrinə bərabər olan qanunlardır: çünki Romalı hüquqşünasın çox gözəl şəkildə ifadə etdiyi kimi ənənələrə zidd olan şeyləri etməyə gücümüzün çatacağını düşünməməliyik. Dürüst insan ağılın imkan verdiyi ölçüdə bütün həmcinslərini sevən şəxsdir. Xeyirxahlıq universal ürəyitəmizlikdir və ürəyitəmizlik eşq və ya duyğulanmaq (affekt) halıdır. Sevmək və ya duyğulanmaq başqasının xoşbətliyinə sevinməkdir və ya eyni mənaya gələn başqasının xoşbəxtliyini öz xoşbəxtliyinin içərisinə daxil etməkdir. Bu şəkildə teologiyada çox önəmli bir problem öz həllini tapmış olur: hər ümiddən, hər qayğıdan, mənfəət ilə əlaqədar olan hər şeydən qurtulmuş mənfəətsiz bir sevginin necə var olacağını bilmək məsələsi. Həll - başqalarının xoşbəxtliyi bizi sevindirdiyi vaxt, onların xoşbəxtliyinin bizim xoşbəxtliyimizin içərisinə daxil olmasıdır: çünki bizi sevindirən şey özü üçün axtarılır.
Codex Juris genlium diplomaticus, 1693, ön söz, s.6.


Cəza və azadlıq haqqında
Məqsəd olaraq heç bir şəkildə pisliyin düzəldilməsi nümunəsi, bərpası mümkün olmayan bir ədalət növü vardır. Bu ədalət yalnız pis bir fəaliyyətin günahını ödəmək üçün müəyyən bir təminat istəyən ardıcıllığa əsaslanmaqdadır. Sosianlar[1], Hobbs və başqaları mahiyyəti etibarilə intiqamçı olan və Tanrının özünə saxladığı, digərlərini idarə etmək haqqına sahib şəxslərə çatdırılmasına imkan vermədiyi və ehtirasla deyil ağılla davranmaları şərti ilə onların öz vasitələrilə yerinə yetirdiyi bu cəzlandırıcı ədaləti heç bir şəkildə qəbul etmirlər. Sosianlar bu cəzalandırıcı ədalətin təməlinin olmadığına inanırlar: amma bu ədalət yalnızca zədələnmiş olanı deyil, eyni zamanda onu gözəl musiqi olaraq görən müdrikləri, yaxşı bir abidənin yaxşı yetişmiş beyinləri doyurması kimi doyuran ardıcıllıq əlaqəsinə əsaslanmaqdadır. Cəzanın heç kimi düzəltməyə yaramadığı zaman belə gözdağı verən və bu şəkildə bir cəzanın olacağını xəbər verən qanunqoyucu müdrikin, fəaliyyəti tamamilə cəzasız qoymaması onun dirəşmə gücündən irəli gəlməkdədir. Amma müdrik bir şeyin olması məsələsində söz vermədiyi zaman, müdrik yalnızca ardıcıl olan şey haqqında söz verməsi səbəbi ilə onu bu sözü tutmağa məcbur edən ardıcıllığın varlığı kifayətdir. Və əgər cəza nizamı təmin etməkdə yararlı olmazsa, burada nizamsızlığın zərər verəcəyi şüurun müəyyən gözəştlərinin var olduğunu deyə bilərik.

Doğru qeyd etmək gərəkirsə, hərəkət etmək istəyirik: heç bir formada istəmək istəmirik. Əks təqdirdə istəmək istəyini istəyirik deyə biləcəyik və bu sonsuz qədər davam edəcəkdir. İstəməyə qərar verərək hər zaman praktiki zəkanın (intellekt) yekun mühakiməsinə də uymuruq: amma istəyərək hər zaman ağıldan olduğu kimi hisslərdən də gələn bütün meyillərin nəticəsinə uyuruq: bu çox zaman intellektin qəti mühakiməsi olmadan da gerçəkləşir.
O halda başqa hər şeydə olduğu kimi hər şey insanda əvvəlcədən müəyyən edilmiş və qətidir və insan ruhu ümumilikdə ehtimali fəaliyyətlər və xüsusilikdə azad fəaliyyətlər heç bir formada mütləq bir gərəkliliklə - ki, bu ehtimali olmaqla şübhəsiz ki, uyuşmazdır – heç bir şəkildə gərəkli olmadıqları halda, bir növ mənəvi mexanikadır. Beləliklə, nə qədər konkret olursa olsun, nə gələcəyi görmək, nə Tanrının təkzib olunmaz öncəgörmələri, nə səbəblərin əvvəlcədən müəyyən edilməsi, nə də Tanrının buyruqlarının öncəgörmələri heç bir şəkildə bu ehtimaliliyi və azadlığı yox edə bilməz. Tanrının buyruğu mümkün olan bütün dünyaları müqayisə etdikdən sonra ən yaxşı dünyanı seçməklə və onu bu dünyanın içərisində yer alan hər şeylə birlikdə tam güclü “Fiat”(eng. let there be - olsun, qoy olsun) sözü ilə varlığa qəbul etməklə aldığı qərar olduğu üçün, bu buyruğun şeylərin yaranmasındakı heç bir şeyi dəyişdirmədiyi və onları saf mümkün olma vəziyyətində olduqları formaları ilə buraxdığı, yəni nə mahiyyətlərində, nə təbiətlərində, nə də bu mümkün dünya fikrində daha əvvəl tamamilə təmsil edilmiş təsadüflərində heç bir şeyi dəyişdirmədiyi görünməkdədir. Beləliklə, mümkün və azad olan həm Tanrının buyruqları altında və həm də öncəgörmələr altında bu cür olmağı davam etdirməkdədir.
Theodice (1710), cild D, s. 113-114, 123-124.


Tərcümə edən: Araz Əliyev



[1] İtalyan teolog Lilio Sozzini(1525-1562) və və onun yaxını Socinin(1539-1604) tələbələri olub bir növ rasional naturalistlər.

Yorumlar