"Faşizm necə işləyir" - Julia Layton, John Donovan

"Guernica" - Pablo Picasso (1937)
1922-ci ildə Benito Mussolini İtaliyanı nəzarətə aldıqdan sonra dünyanı yeni bir müharibəyə sürükləyəcək siyasi ideologiya olan faşizmlə tanış etdi. Faşizm sözü ilk dəfə Qədim Romada güc və nüfuzu təsvir etmək üçün istifadə olunsa da, bu gün bildiyimiz mənanı verən məhz Mussolonidir. Mussolinin 1932-ci ildə İtaliyan ensiklopediyasında qeyd etdiyi faşizmin tərifinə baxaraq faşizmin dəyişən mənasının nə olduğunu anlaya bilərik: ”Faşizm
daimi sülhün mümkün olacağına, nə də bu sülhün faydalı olacağına inanmır.
Faşizmdə dövlət hər şeydən üstündür və dövlətin şərəfi üçün müharibələr lazımdır. İnsanların şərəfi də bunun bir hissəsidir.”Müharibə, bütün gücünlə döyüş və qələbə zadəganlıq medalını cəsur insanların boynuna tax” Mussolini bu mövzuya verdiyi əhəmiyyəti belə dilə gətirmişdir.
Bu günlərdə tez-tez eşitdiyimiz bir ideologiya olan faşizm vətəndaşlarına qarşı fiziki və psixoloji zorakılıq tətbiq edən bir diktator lideri və ya bir hökuməti təsvir etmək üçün istifadə olunur. Lakin diktatura bu ideologiyanın yalnız bir tərəfini təşkil edir. İosif Stalinin rəhbərlik etdiyi kommunist idarəçiliyinə baxsaq, diktatura və qeyri-adi zorakılıq nümunələri görərik, lakin faşizm kommunizmdən tamamilə fərqlənir. Yaşadığımız çağın müasir dəyərlərinə zidd olan fanatizmin təcəssümünə bənzəyən faşizm, dar icmalar içərisində olsa da, mövcud olmağa davam edir.
Bu yazıda faşizmin nə olduğunu, faşizmin əslində nəyi nəzərdə tutduğunu və bir ideologiyanın eyni millətin insanlarını birləşdirərkən dünyanı bölmək üçün necə istifadə olunduğunu araşdıracağıq. Və eyni zamanda faşizmin böyük kütlələrə cəlbedici görünməsi üçün hansı şərtlərə ehtiyac olduğunu və milyonlarla insanın şəxsi dəyərlərini açıq şəkildə inkar edən ideologiyanı dəstəkləyən şeyin nə olduğunu görəcəyik. 

Faşist Sistemi
“Faşist bir dövlətin öz şüuru, iradəsi və şəxsiyyəti var”
-B.Mussoloni, ”Faşizm”, İtalyan Ensiklopediyası, 1932

Faşizm çox yönlü bir anlayış olduğu üçün onun tərifini müəyyənləşdirmək çətindir. Mussolini faşizmi(böyük F) ilə Hitler faşizmi (kiçik “f”), həmçinin neofaşizm və 2-ci dünya müharibəsindən sonrakı faşizm arasında da fərqlər var. Bir hərəkatı faşist olaraq təyin etmək üçün aşağıdakı oxşar cəhətləri sadalaya bilərik:
1) Ən güclünün həyatda qalması: Faşist ideologiyasını dəstəkləyən filosoflardan bəziləri Çarlz Darvin və onun nəzəriyyəsi-təbii seçmədən təsirlənmişdir. Bu konteksdə dövlət müharibələrdə qalib gəldiyi qədər güclüdür. Beləliklə, güc və nüfuza sahib olan partiya təbii seçimdə qalib gələcəkdir. Bu səbəbdən, hərbi güc və təcavüz dövlətin davamlılığını təmin edən ən vacib amil olaraq qəbul edilir, sülh isə zəiflik kimi qiymətləndirilir.
2) Sosial nizamdakı möhkəmlik: Faşist sistemində sərhədləri qalın xəttlərlə əhatələnmiş sosial nizam, sinif sistemini tamamilə ortadan qaldıran kommunist sistemin tam müxalifdir. Sərhədlərin aydın olması zəruridir, çünki dövləti qeyri-müəyyənliyin yaratdığı xaos mühitindən qoruyur. Dövlətin gücü heç bir şəxs tərəfindən dəyişdirilə bilməz, qəti və müəyyən olunmuş sinif sistemindəndən asılıdır. Bu humanizm və demokratiyadan tamamilə imtina etməkdir.
3) Avtoritar liderlik anlayışı: Dövlətin vahid, məhdudiyyətsiz səlahiyyətə sahib harizmalı liderə ehtiyacı olduğu düşünülür. Alman dilində “Führerprinzip” kimi tanınan “liderlik prinsipi” ilə eyni anlayışdır. Bu anlayışda birlik və bütövlüyü təmin edəcək liderin məhdudiyyətsiz səlahiyyətə sahib olması və qeyd-şərtsiz ona tabe olması düşünülür. Dövlətin simvolu həmişə liderdir.
Faşist ideologiyasında dövlətin davamlılığına ciddi nizam-intizam qaydaları, əqli və fiziki bütövlük olmadan nail olmaq mümkün deyil. Buna görə də, hakimiyyətə qarşı çıxanları itaət etdirmək üçün fiziki zorakılıq həmişə lazımdır. Dövlətin artan gücü əslində həyatın mənasıdır.
Bəzi şəxslər faşist cəmiyyətində yaşamağın necə olduğunu düşünə bilər. İnsan necə yalnız bir dövlətin şərəfi üçün yaşaya bilər? Necə olacağını sonrakı bölümdə öyrənəcəyik.

Önəmli Faşist rejimlər
1) Fatherland Front, Engelbert Dolfuss, Avstriya(1934-1938)
2) Milli Faşist partiyası, Benito Mussoloni(1924-1943)
3) Nasional Sosialist Alman Fəhlə Partiyası, Adolf Hitler(1933-1945)
4) Milli Birlik, Antonio de Oliveira Salazae, Portuqaliya(1934-1968)

Faşist Cəmiyyət.
“....[fərdi], əsas və zəruri olan şeylərdən başqa faydasız və zərərli azadlıqdan məhrumdur. Zərəri və ya faydanı təyin etmək fərdin səlahiyyəti deyil; dövlətin əlindədir....”

-B.Mussoloni, ”Faşizm”, İtalyan Ensiklopediyası,1932

"Faşizmin doğulması" - David Alfaro Siqueiros (1936)
Faşimin ən parlaq zamanında həyata keçirilən ilk şey, müəyyən qrup insanı ucaltmaq mənasına gələn sosial yeniləmədir. Yeniləmə fərdiliyin rədd edilməsi və milli birliyin şüuru ilə yaranır. Bu müddətdə xalqın dəstəyinə ehtiyac duyur, media və mitinqləri çox təsirli bir təbliğat vasitəsinə çevirərək xidmət etdiyi ideyalarla bu dəstəyi qazanır. Bəziləri bunlardır:
1) Böhran dövründə olan bir xalq: Cəmiyyətdəki qarışıqlıq, iğtişaşlar ölkənin hüdudlarında yaşayan dinlərdən və millətlərdən olan insanlarla əlaqələndirilir. Bu müxtəliflilik ari irqinə zərər verərək saf irq kimi ardıcıllığı davam etdirməsinə mane olur. Bu qruplar istəkləri yerinə yetirilmədikdə sui-qəsdlər və ya gizli-razılaşmalar yolu ilə dövlətin dağılmasına səbəb ola bilər.
2) İdeallaşdırılmış tarix: Artıq saflığı pozulmuş ari irqi, əfsanəvi köhnə şanlı günlərinə qaytarmaq üçün bir cəhddir. Faşizm bu yenilənmə və köhnəyə qayıtmaq üçün sözün həqiqi mənasında can atır.
3) Sosial dəyişikliyə dair tələb: Əgər həqiqətəndə cəmiyyət dəyişmək istəyirsə, yeni nizamın tələblərinə, böyük dəyişikliklərə tabe olmalıdır.

Faşizm sosial-iqtisadi vəziyyətin zəif olduğu yerlərdə cücərir: Birinci dünya müharibəsindən sonrakı Avropanı və ikinci dünya müharibəsindən sonrakı Yaponiyanı qeyd edə bilərik. Birinci dünya müharibəsində məğlub olan dövlətlər müharibədən sonrakı dövrdə daha çox əziyyət çəkdilər. Məsələn, Almaniya əhalisinin əksəriyyətini təşkil edən fəhlə sinfi bu sıxıntıları çox hiss etdi. Tam bu nöqtədə xalqı sıxıntıdan qurtaracaqlarını və dövlətə əvvəlki üstünlüklərini verəcəyini söyləyənlər faşist liderləri idi. Alman xalqının ən çox ehtiyac duyduğu sözlər faşist liderlərinin vədləri idi. Xalq üstünlüyü geri almaq istəyirdi və faşizm yeganə yol idi.
Lakin burada vacib məqam odur ki, faşizmdəki üstünlük istisnasız olaraq həmişə dövlətə məxsusdur; fərd yalnız dövlətlə əlaqəli olduqda əhəmiyyət qazanır. Bu səbəbdən, XVIII əsrdə Avropa maarifçiliyindən irəli gələn demokratiya və kapitalizm prinsipləri dövlətin hakimiyyətinin qarşısında durdu. Çünki faşist hakimiyyətlərində bərabərlik və şəxsi mənafe kimi fərdiyyətə əsaslanan meyllər birliyin inkişafına mane olur və cəmiyyətin yenilənməsi üçün tələb olunan dəstəyi azaldır. Mussolini 1932-ci ildə bu mövzuda belə yazmışdı: ”Faşizm(...) siyasi bərabərlik cəfəngiyyatını, (...) xoşbəxtlik mifini və qeyri-müəyyənliyi rədd edir”
Xoşbəxtliyi əfsanəvi və absurd olaraq təyin etməyə müvəffəq olan faşist dövləti insanları itaət etmək üçün uyğun hala gətirib, daha yaxşısını qəbul etməyə məcbur edirdi. Artıq insanlar icazəsiz toplaşa bilməzdi və dövlətə qarşı mənfi heç nə deyə bilməzdilər. Bunun əvəzinə milli və etnik birliyin mənası ilə yoğrulurdu. Bu səbəbdən, siyasi gənclik qrupları cəmiyyətin ən gənc üzvlərini öz daxilində birləşdirərək dövlət anlayışını, dövlətin gücünü və gücünün davamlılığını təbliğ edirdilər. Faşizm həmişə gəncliyi ucaldır və ən güclülərin yaşamaq ideallarını bu düşüncələr ilə qanuniləşdirdi: Gənclər ən güclü və uyğun olanlar idi.
Dövlətin təklif etdiyi imkanlarla edilən mitinqlər və paradlar ictimai həyatın mühüm yerlərini əhatə edir. Təqvimlər milli bayraqlar, əzəmətli abidələr və bayramlarla doludur. Bu rəmzlərin və qeyd etmələrin məqsədi cəmiyyətin inancını asanlaşdırmaqdır. Lakin bu inanc Allaha aid deyil; dövlətədir. Çünki Faşizm millətçilikdən başqa bütün inanclara qarşıdır.
Əlbəttə ki, hər faşist cəmiyyətinin məqsədi eyni deyil. Növbəti hissədə Hitlerin faşizmi ilə Mussolinin faşizmi arasındakı fərqləri və faşizmin dəyişən şərtlərə və zamana necə davam gətirdiyini görəcəyik.

Birlik və Güc.

Faşizm  italyan dilində “dəstə” mənasını verən fascio-dan gılir. Mussolini bu termini ilk dəfə 1919-cu ildə işlətmişdi. Bir baltaya bağlanmış bir dəstə çubuq təsvir etmək üçün istifadə olunan bu söz qədim Romadakı hakimiyyət və birlik rəmzi idi. Fascaların faşizmi təcəssüm etdirdiyini və faşizmin mahiyyətini meydana gətirdiyini söyləmək olar. İnsanlar güclü və vahid dövlətə yapışırlar; dövlət məcbur etmək və məhv etmək gücünə sahib olan baltanı təmsil edir.

"Bergen-Belsen konslageri azad olunandan sonra" - Alan Moore (1945)
Faşizmin tarixi
Faşizm ən parlaq dövrlərini  birinci dünya müharibəsinin sonundan ikinci dünya müharibəsinin sonuna qədər ki, dönəmdə (1918-1945) yaşamışdı. Avropadakı xaos asanlıqla onu bu qarışıqlığı aradan qaldırmaq istəyən faşizmin qucağına buraxdı. Amma ideologiyanın həyata keçirilməsində fərqlər var idi. Məsələn; Katolik kilsəsinin əsas mərkəzi olan İtaliyada mütəşəkkil bir dindən tamamilə imtina etmək ağlabatan deyildi. Bu zaman Mussolini, dövlətin marağında olduqda, Katolik kilsəsi ilə ortaq əlaqələrin ola biləcəyini iddia etdi. Bu Katolik kilsəsinin faşizmlə əməkdaşlıqda ittiham olunmasına səbəb olduqda, Hitler özünü kilsənin qəyyumu elan etdi. Bu sözün əsl mənasında yəhudilər və Yehovanın Şahidləri kimi əsas cərəyandan uzaq olan azlıqların məhv edilməsi demək idi.
Tarixin ən güclü iki faşist rejimi arasındakı digər bir fərq, onları hərbi məsələlərdə təkan verən səbəblərdir. Mussolini dövlətin gücünü göstərmək üçün mübarizə apararkən, Hitler isə irqi səbəblərə görə müharibələr aparırdı. Hitler Şimali Avropanın ali irqi sayılan bütün Aryan irqini birləşdirmək üçün çalışırdı. Bu onun Avstriya kimi qonşu ölkələrə hücumunun əsas amili idi. Hitler Avstriyanın da üstün bir Aryan irqi olduğuna inandı və bu istilalarla birlik quracağını və nəticədə dünyanı idarə edə biləcəyini düşünürdü. Lakin Hitler sonda məğlub oldu. Almaniya və İtaliyanın daxil olduğu İttifaq birliyi ikinci dünya müharibəsində məğlub olanda, onların faşist rejimi tamamilə şeytan kimi qəbul edilmişdi. Soyqırım ilə ayrılmaz olaraq bağlı olan, dünyanı müharibəyə sürükləyən faşizm gözdən düşdü. İkinci dünya müharibəsindən sonra dünyada baş verən iqtisadi inkişafın təsiri ilə və bu “iki pis oğlan”ın məğlubiyyəti, məğlub olan ölkələr üzərində sərt nəzarət və faşizmin dayağı olan xaos mühiti demək olar ki, yox oldu. Və heç vaxt əvvəlki gücünü bərpa etmədi.
Bəs faşizm tamamilə öldümü? Hansı faşist ideallarının uzantısı bu gün də davam edir?

Dəmir mühafizəçilər
Rumıniyadakı dəmir mühafizəçilər 1930-cu illərdə Almaniya və İtaliyadan kənarda nəzarəti ələ ala bilən yeganə faşist partiyası idi. Nasist Almaniyasının dəstəyi ilə 1941-ci ilə qədər mövcud oldular. Lakin qrupların zorakı hərəkətlərinin nəticəsində xaos həll olunmağa başlayanda Hitler Dəmir Mühafizəçiləri bitirməyə qərar verdi. Rumın generalı İon Antoneskuya hərəkatın sona çatmasına rəhbərlik edəcəyini söylədi.

Yüksəlməkdə olan Neo-faşizm.
Bu gün hökumətlər irqlərin saflığı və dövlətin maraqları kimi bəzi fikirləri bağışlaya bilirlər. Hətta bu faşist fikirləri də
·         İmmiqrasiya əleyhinə qanunlar
·    İnsanları xarici amillərdən qorumaq üçün dövlətə verdiyi səlahiyyətlərin nəticəsində insan haqqlarına qoyulan məhdudiyyətlər
·         Güzəşt etməyən, mücərrəd xarici siyasətlə
·         Qıtlıq və iqtisadi böhran səbəbiylə istehsala edilən müdaxilələr istifadə edilməyə davam edilir.
Bütün dünyada rədd edilən yeganə faşist dəyəri fəth məqsədi güdən hərbi hücumlardır.

1945-ci ildə faşizmin süqutu onu məhv etmək üçün kifayət etmədi. Neofaşizm adlanan yeni növ (xüsusilə Hitlerin fikirlərinə əsaslanırsa, “neo-nasizm”də deyilən) dinamik və aktiv şəkildə yaşayır. Neofaşizm dedikdə güc, üstünlük və irqi saflıq ideallarını qəbul edən ayrı və kiçik qrupların müxtəlifliyi göstərilir. Dünyanın müxtəlif yerlərində mövcud olan bu qrupların birləşərək faşist hərbi birliyi qurma gücünə sahib olmadıqlarına baxmayaraq, zorakı hərəkətlərlə öz varlıqlarını göstərirlər.
Buna misal olaraq 1995-ci ildə Oklahomadakı bir hökumət binasına terror hücumu, 1990-cı illərdə Almaniyada mühacirləri hədəf alan bir sıra terror hücumu və 1999-cı ildə Londonda azlıqları və homoseksualları hədəf alan terror hücumu oldu. Digər tərəfdən, faşizmi dəstəkləyənlərə son dərəcə həssas sayıla biləcək neofaşist hərəkatlar var. Bəzi faşist qruplar irqi üstünlüyü deyil, ”fərqli olanları sevmək” fikrini qəbul edir. Və irqlərin bir-birindən üstün olduğu üçün deyil; İrqlərarası münasibətlərin, yalnız fərqlərin qorunub saxlanılmasının lazım olduğunu düşündükləri üçün qarşısını aldıqlarını iddia edirlər.
Neofaşizm bütün dünyaya yayılsa da, bu günə qədər idarəni ələ alacaq qədər güclənməyib. Çalışsalar da, bacara bilmədilər. İndiki vaxtda, digər siyasi qruplar kimi, internetin verdiyi fürsətlərdən istifadə edərək yazılı mənbələr vasitəsilə özlərini qanuniləşdirərək hakimiyyət qazanmağa çalışırlar.

Frankonun yarı faşizmi
 İspaniyanı çevrilişlə ələ keçirən F.Frankonun rejimi faşizm adlandırılsa da, əsasən yarı faşizm idi. İspaniya vətəndaş müharibəsində (1936-1937) General Franko Falanjistlərin dəstəyi ilə çevriliş etdi və nəticədə ölkənin idarəçiliyini ələ aldı. Lakin Falanqistlər çevrilişdən sonra Frankoya dəstək verə biləcək dərəcə də güclü deyildilər. Beləliklə, hakim sinifin gücünü qoruması üçün bəzi faşist ideologiyalarını radikalizm hissi qazanmaq üçün öz hökumətinə birləşdirdi.

Ədəbiyyat:
Benito Mussolini: What is Fascism, 1932. Modern history Sourcebook. http://www.fordham.edu/halsall/mod/mussolini-fascism.html
Fascism. Encarta. http://encarta.msn.com/encyclopedia_761568245/fascism.html
Fascism. Encyclopædia Britannica Online. http://www.britannica.com/eb/article-9117286/fascism?refresh=Y
Fascism. Merriam-Webster Online Dictionary. http://www.merriam-webster.com/dictionary/fascism
Fascism. Oxford University Press. http://www.answers.com/fascism&r=67


Tərcümə edən: Kamran Əliyev 
Mənbə:  HowStuffWorks

Yorumlar