"İnsan təbiəti varmı? İnsan təbiəti fəlsəfəsi haqqında" - John Danaher

Bu ifadənin davamlı olaraq müzakirə edildiyini eşidirik. Bir adam arvadını aldadır. Bunun sadəcə onun “təbiətinin” bir parçası olduğu deyilir – bu adam bir şorgöz olaraq təkamül etmişdir. İki gənc insan küçədə bir-biri ilə dava və lağ edirlər, bir-birlərini təşviq edirlər. Bunun da onların təbiətinin bir parçası olduğu deyilir – onları şiddətə və status yarışına uyğun hala gətirəcək modullar inkişaf etdirmişdirlər. Bəzi
insanlar həyatlarını insan təbiətinin bütün təməl ünsürlərini araşdırmağa və təyin etməyə həsr etmiş, suallarının insan vəziyyəti haqqında əhəmiyyətli həqiqətləri ortaya çıxardığına inanmışdılar.
Haqlıdırlarmı? İnsan təbiəti haqqında sualların təməlini yarada biləcək, işlənə bilən bir anlayış və ya fikir varmı? Yoxsa bir iynənin başında rəqs edən mələklərin xüsusiyyətlərini müzakirə edən ilahiyyatçılar kimidirlər? Bu təməl olaraq fəlsəfi bir sualdır. İnsan təbiəti ilə əlaqəli müəyyən iddialarla əlaqəsi yoxdur – bu yazını açdığım son dərəcə müzakirə edilməli iki iddia kimi – və hər şey insan təbiəti anlayışı ilə əlaqəlidir. Necə başa düşülməli və ya müəyyənləşdirilməlidir?
Bəzi filosoflara görə, insan təbiəti deyə bir şey yoxdur. Onlara görə insanların (və ya digər heyvanların) sabit bir “təbiətə” sahib olduğunu düşünmək, müasir təkamül biologiyasının əsas prinsiplərindən birinə ziddir. Digərləri isə insan təbiətinin müdafiə oluna bilən bir anlayış olduğunu düşünür. Bu yazıda, bu müzakirədə təqdim edilən bəzi arqumentlərə bir göz gəzdirmək istəyirəm.
Bunu Edouard Machery-nin  İnsan Təbiətinə Aid Bir Müdafiə” məqaləsinin prizmasından edirəm. Başlıqdan təxmin edə biləcəyiniz kimi, Machery, müdafiə oluna biləcək bir insan təbiəti anlayışı olduğunu düşünən filosoflardan biridir. İnsan təbiəti anlayışının tənqidçiləri sırasında ilk gələnlərdən biri olan David Hull-un araşdırmasından iki arqumentə baxaraq yanaşmasını müdafiə edir. Deyəcəklərinə bir nəzər salaq.

1. İnsan Təbiətinə Aid İki Anlayış
Machery-nin insan təbiətini müdafiə etməsi, insan təbiətinin müəyyən bir anlayışına əsaslanır. Müasir müzakirədə, ortada insan təbiətinin iki anlayışı olduğunu müdafiə edir. Bunlardan biri insan təbiətinin “essensiyalist baxışı”dır:
İnsan Təbiətinin Essensiyalist Baxışı = insan təbiətinin, insan təbiətinin ayırd edici olduğu iddia edilən xüsusiyyətləri ilə insan təbiətinin zəruri kafi (yetərli) xüsusiyyətlərinin birləşməsi ilə müəyyən etdiyini iddia edir.
Bu klassik, Platonçu bir baxışdır. Hər obyektin, hadisənin və ya vəziyyətin (hər “cür”) ontoloji vəziyyətini (bir sıra “əsas”) müəyyən edən bir sıra zəruri və kafi xüsusiyyətə sahib olduğu inancına əsaslanmaqdadır. Məsələn, bir üçbucaq olmağın əsası “üç kənara sahib olmaq” olacaqdır. Üçdən artıq kənarı olan hər hansı bir obyekt üçbucaq ola bilməz. Bu vəziyyət insanlara gələndə, bu essensiyalist baxış əsasən zəka, ovqat, əxlaq, ağıl və dil kimi şeylərin diqqətə çarpan və əsasən insani olduğu iddiasına çevrilir. Bunlar bizi təyin edən və heyvanlardan fərqli edən şeylərdir. İnsan təbiətimizi yaradırlar.
Essensiyalist baxış Machery-nin “nomoloji baxış” olaraq adlandırdığı şeylə qarşılaşdırılır.
İnsan Təbiətinə Nomoloji Baxış = insanların təkamülü etibarilə insan təbiətinin, insanların sahib olmağa meylli olduğu bir sıra xüsusiyyətlər olduğunu iddia edir.
Nomoloji baxış, insanlar haqqında ayırd edici və ya məxsusi olanı təyin etməyə çalışmır. Sadəcə, insanların təəkamül (mədəni deyil) mirasları tərəfindən ən yaxşı şəkildə izah edilən xüsusiyyətləri təyin etməyə çalışır. Bu yanaşmanın tərəfdarlarının insan təbiətinin bir parçası olduğunu iddia edən xüsusiyyətlərin nümunələri, iki ayaqlılıq, cinsi dimorfizm və böyük beyinlər aiddir.
Machery-nin insan təbiətini müdafiə etməsi belə işləyir: İnsan təbiətini tənqid edənlərin çoxunun, nomoloji baxışı deyil, essensiyalist baxışı hədəf aldığını müdafiə edir. Nomolojik baxışın tərəfini saxlayır və əsasən essensiyalist baxışa istiqamətlənən tənqidlərə qarşı müqavimət göstərə bildiyini düşünür.

2. Hull-un Essensiyalist Əleyhdarı Arqumenti
Bunun necə olduğunu görmək üçün əvvəlcə David Hull-un məhşur essensiyalist əleyhdarı arqumentini düşünək. Bax Hull-un məqaləsində bu arqumenti ortaya çıxaran əlaqədar mətn:
Nəsillər boyunca fəlsəfəçilər insanların əsasən eyni olduğunu eyni təbiəti paylaşdığını müzakirə edirlər ... Bu yazıda “biologiyanın profesional bioloqlarının, xüsusi ilə təkamülçü bioloqların, texniki məruzələrinə əsaslanaraq baxdıqda Homo Sapienslərə bioljik olaraq bağlı olan növlərin primitivcə əsasən eyni olmadığını müdafiə edəcəyəm... bioloji olaraq eyni növlərin unversal olaraq aralarında dağılmış və sadəcə o növdəki orqanizmlərə məhdud oxşar bir ya da birdən çox xüsusiyyət periyodik olaraq təyin edilə bilər, ancaq bu gedişat keçicidir, təsadüfi və nisbətən nadirdir. (Hull 1986, 3)
Hull bu hissədə təkamül bilogiyasının təməl tapıntılarından birini vurğulamaqdadır. Neo-Darvinçi sintez 20-ci əsrin ilk yarısında formalaşdıqda, təkamül biologiyası essensiyalist əleyhdarı düşüncəyə bağlanmışdır. Həqiqətən də, təkamülün ən güclü tərəfdarlarından biri olan Richard Dawkins, təkamül həqiqətinin kitab uzunluğunda bir müdafiəsini, essensiyalist əleyhdarı olaraq yekunlaşdıran bir hissə ilə başladır.
Müasir baxışa görə, növlər dəyişməz Platonçu növlər deyildir. Hamısı böyük bir həyat ağacının parçasıdır. Fərdi orqanizmlər genetik materialı əvəz edərək və birləşdirərək çoxalırlar. Bu, DNT-də ara bir mutasiyalar ilə bərabər, balalarında variyasiyaya səbəb olur. Təkamül biologiyasının təməl həqiqəti, həyatın (kosmos və zaman boyunca), hərəkətli bir dəyişkən çoxluğu ilə bəzi qərarlı orqanizm çoxluqlarının iç-içə olmasıdır. Bu qərarlı çoxluqlar sadəcə genetik materialı bir-birləri ilə dəyişdirir və “növ” dediyimiz şeyi yaradırlar. Lakin onların çoxalması sadəcə təkamül tarixinin şərti bir qəzasıdır və bu çoxalma populyasiyalar içində belə balalarda əhəmiyyətli fərqliliklər vardır.
Nəticə olaraq, hər hansı bir növün “əsası” yoxdur. Müəyyən bir növün bütün (və sadəcə bu növün) üzvləri tərəfindən istifadə olunduğunu düşündüyünüz bir xüsusiyyəti müəyyən etdiyiniz anda, bu xüsusiyyətdən məhrum olan bu növün başqa bir üzvünü tapacağınızdan əmin ola bilərsiniz. Bu, insan təbiətinin essensiyalist əleyhdarı baxışını üzümüzə çırpır. Həmçinin bu, insanlıq olaraq bizim gündəlik təcrübələrimizlə uyğundur. İnsanlığın hər iddia edilən ayırd edici xüsusiyyəti üçün – ağıl, əxlaq, dil – bu xüsusiyyətlərin bir versiyasını daşıyan digər heyvanları və ya onlardan məhrum olan insanları tapa bilərik. Essensiyalist tərəfdarlarının bəziləri bu problemin qarşısını almaq üçün “statistik olaraq xarakterizə edilən əsaslara fokuslanır, yəni başqa cür desək insanların (insan olaraq hesab edə bilmək üçün) sahib olmalı olduğu bir sıra xüsusiyyətləri olmasından çox, bunun yerinə, bir fərdin (insan olaraq hesab edə bilmək üçün) müəyyən bir ölçüdə daşıması lazım olan bir sıra xüsusiyyətin olduğunu iddia edir. Hull bu iddianın düz olmadığını irəli sürmüşdür, çünki praktikada bu cür xüsusiyyət çoxluqlarını istifadə edərək növlərin üzvlüyünü təyin etməyin imkansız olduğu sübut edildi.
Hull-un arqumenti daha sonra belə yenidən inşa edilə bilər:
(1) İnsan təbiəti varsa, bunu səbəbi, qabarıq bir şəkildə insani olan (yəni Homo Sapiens növlərinin hamısı və sadəcə üzvləri tərəfindən paylaşılan) bir sıra zəruri və kafi xüsusiyyət  olmasıdır.
(2) Müəyyən bir şəkildə insani olan zəruri və kafi xüsusiyyət çoxluğu (və ya hər hansı bir statistik çoxluq) yoxdur.
(3) Bu səbəbdən, insan təbiəti deyə bir şey yoxdur.
Machery, bu arqumentin ikincisini qəbul edir. Hull-un insanlığın əsasının olmadığını iddia etməsində qəti olaraq haqlı olduğunu düşünürəm. Arqumentin səhv olduğunu düşündüyü yer essensiyalist, yəni təməlçi baxışın ortadakı tək hadisə olduğu fərziyyəsidir. Nomolojik baxışı  mənimsəsək, Hull-un arqumenti tərəfindən zərər görməyən bir şeylə nəticələndiyimizi müdafiə edir. Həqiqətən də, nomolojik baxış təkamül nəzəriyyəsi ilə uyğun olacaq şəkildə nəzərdə tutulmuşdur. Bütün Homo Sapienslərin və sadəcə üzvlərinin daşıdığı müəyyən xüsusiyyətlər olduğunu iddia etmir. Sadəcə təkamül tariximiz bir nəticə olaraq daşımaq meylində olduğumuz bəzi xüsusiyyətlər olduğunu iddia edir. Bu xüsusiyyətlər digər növlər tərəfindən istifadə edilə bilər və öz növümüzün bəzi üzvləri tərəfindən istifadə edilməyə də bilər. Bu onların təbiətimizin bir parçası olmadığı mənasına gəlmir.

3. Nomolojik baxış tənqidləri
Nomolojik baxış tənqiddən kənar deyildir. Hull-un arqumentinin pəncələrindən qurtulmasına rəğmən, bəzi potensial problemlər var. Machery yazısında bu problemlərin ikisinə yer verir.
Birincisi, nomolojik yanaşmanın çox islahatçı olmasıdır. Yəni, insan təbiətinin ənənəvi anlayışından çox uzaqlaşır, elə ki, insan təbiəti anlayışı artıq elmi və gündəlik danışığımızda gözlədiyimiz funksiyanı yerinə yetirmir. İnsanlar bir şeyin insan təbiətinin bir parçası olduğunu dediklərində, ayırd edici bir şəkildə insani xüsusiyyətləri nəzərdə tuturlar. Nomolojik baxış onlara bunu vermir.
Machery insan təbiəti anlayışının insanlıq tarixində bir çox rol oynadığını və nomolojik konsepsiyanın bu rollardan bəzilərini yerinə yetirməməsinə rəğmən bəzilərini yerinə yetirdiyini müdafiə edərək buna cavab verir. Xüsusilə, insanları təkamül tarixində xüsusi bir qrup olaraq işarələməyə və mədəni və ya arxa plandan əlaqəsiz olaraq bu qrupun üzvləri tərəfindən istifadə edilməsi ehtimal edilən xüsusiyyətləri təyin etməyə kömək etdiyini düşünür.
Nomolojik baxış ilə əlaqəli ikinci problem, həddindən artıq əhatə edici ola biləcəyidir. Yəni insan təbiətinin təyini, özündə daha çox xüsusiyyət əks etdirmiş ola bilməsidir. İnsanların  əksəriyyəti tərəfindən istifadə edilən hər xüsusiyyətin və ya mülkün təkamül tariximizdə kökləri olması vacib olduğunu fərz etmək üçün qorxunc bir meyl vardır – başqa cür desək insan vəziyyətinin “unversallarını” tövsiyə etmək insan təbiətinin bir tərəfidir. Amma bu düz olmaz. Machery, suyun yaş olduğu inancını nümunə göstərir. Bu unversal bir inancdır, ancaq şübhəsiz insan təbiətinin bir parçası olmur. Təkamül prosesi tərəfindən deyil, suya məruz qalmağın qazandırdığı inancdır. Problem odur ki, təkamül suyun yaş olduğu inancına əhəmiyyətsiz bir şəkildə tövhə vermişdir, çünki bizə bu inancı yaratmağımızı kömək edən emosional aparat yaratmışdır. Yenə də, inancın təbiətimizin bir parçası olduğunu iddia etmək düz olmur.
Machery-yə görə bu problemin həlli, təkamülün insanlıq tərəfindən istifadə edilən hər hansı bir xüsusiyyətin və ya meylin varlığına əhəmiyyətsiz bir şəkildə töhvə verməsinə rəğmən,  bütün bu xüsusiyyətlərin və meyllərin nəhayətində təkamül prosesləri ilə izah edilə bilməyəcəyini iddia edir. “İnsan təbiəti” ifadəsi, nəticədə bu proseslərlə izah edilə biləcək xüsusiyyətlər üçün ayrılmalıdır.
Ancaq bunu demək etməkdən daha çox çətindir. Təkamülçü psixoloqlar və tənqidçiləri arasında aparılan müzakirələrin çoxu, məsələn, görünüşdə universal (və ya universala yaxın) xüsusiyyətlərin təkamül prosesləri ilə ən yaxşı şəkildə izah edilib edilməyəcəyinə fokuslanır. Başlanğıcdakı şiddətə ya da şorgözlüyə meyli olan gənc adamların nümunəsinə qayıtsaq, bəzi insanlar bu xüsusiyyətlərin təkamül tariximizin məhsulları olduğunu iddia etmək istəyəcəklərdir. Bəziləri isə davamlı olaraq mövcud ətraf mühit faktorlarının nəticəsi olduğunu iddia etmək istəyəcəklərdir.
Qısacası, insan təbiətinin nomolojik baxışını qəbul etsək belə, insan təbiətinin həqiqi məzmunu haqqında çox sayda müzakirə qalacaqdır. Fəlsəfə tək başına bu müzakirələri həll edə bilməz, ancaq ən azından müzakirə etdiyimiz şeyləri konkretləşdirə bilər.

Tərcümə edən: Ramilə Heydərova 

Yorumlar

  1. Təəsüf ki, məqalədə konstruktivist konsepsiyalar haqda məlumat yoxdur, amma sırf bunun əksi haqda məlumat verir. Təşəkkürlər tərcümə üçün

    YanıtlaSil
    Yanıtlar
    1. Fikirləriniz üçün təşəkkür edirik, Bəhruz bəy. Bəhs etdiyiniz konstruktivist konsepsiyalar haqqında məlumatların yer aldığı məqalələri də tərcümə edəcəyik yaxın zamanlarda.

      Sil

Yorum Gönder