Şopenhauerin iradə fəlsəfəsi


A. Şopenhauerin sırf fəlsəfəsindən danışası olsaq, burada toxunulası vacib məsələlər var. O  da bir çox filosoflar kimi özünün tənqidi, oqnostik, ziddiyyətli fikirləri ikə diqqət çəkir. O, İ.Kantın və Platonun idealizmini qəbul edir və özünəməxsus şərh verirdisə, Hegel fələsəfəsini tamamilə qəbul etmirdi. Hegelə, Şellinqə, Fixteyə və fəlsəfi fikirlərini qəbul etdiyi Şleyermaçerə qarşı sərhlər yazmaqdan çəkinməmişdir. Onun yaradıcılığının əsasında  ilkin olaraq iradə fəlsəfəsi dayanır. Dünyanin özü və gerçəkliyi iradədirsə, fenomenlərdən ibarət olan  dünya təsəvvürdən başqa bir
şey deyildir. Şopenhauerin qəbul etdiyi iradə ümumi anlayışdan müəyyən qədər fərqlənir. Belə ki , onun daimi pessimist olmasının səbəbi bu idi. Ona görə iradə məcburiyyət, dözümlülük, səbrlilik anlayışları ilə bərabərləşdirilirdi. İnsan heç vaxt həyatın əzab- əziyyətlərindən, məşəqqətlərindən qurtulmayacaq, lakin iradə vasitəsilə müəyyən qədər xoşbəxt ola bilər. Bu mənada qeyd olunmalıdır ki, o bu fikirlərə əsaslanmaqla az da olsa qismət, tale, alın yazısı fikirlərinə yaxınlaşmış olur.
Şopenhauerə görə “ bir-birlərini ən çox ovxunlayan, qarşılıqlı əlaqədə ola bilənlər, bir-birlərini ən çox tamamlayanlardır.”
Onun istək və arzularla bağlı maraqlı fikirləri vardır. Bunlardan qeyd olunması gərəkən insanlar və dünya, onların bir-birinə olan münasibəti məsələsidir.dünyanin mənasının arzu və istəklər olduğunu onun əsas mahiyyəti və sirrinin elə bu olduğunu qeyd edən şopenhauer deyirdi ki insanlar bu dünyanın acı və məşəqqətlərinən yalnız və yalnız arzu, istək ,hətda, xəyallardan vaz keçdikdə qurtula bilərlər.əsl xoşbəxtlik budur.Ağilsiz insanlar özləridə bilmədən fenomenlər dünyasının qurbanı olacaqlar. Ağlın dıərk edə bilmədiyi bu istəklər və arzular tələsi insanlarə barçağında oynadır, qısa və kiçik xoşbəxtliklərlə insanlarə müvəqqəti xoşbəxt edir. Buna görə də insanlar heç vaxt çıxa bilməyəcəyi labirintdədirlər. Bu anlamsız, boş, oyun, acılarla dolu və zalım həyatdan qaçmağın tək yolu var : İstəkləri öldürmək! Bu fikir Hinduizm, Buddizm kimi dünyəvi olanlardan vaz keçib, tərki-dünya yaşamaq, başqalarına ömrümüzü həsr edib, yardım etmək, xoşbəxtliyimizi bacardığımız qədər artırmaq deyil,dərdlərimizi, acılarımızı bacardığımız qədər azaltmağı məsləhət görən bir yaşam təqdim edirdi. Bütün bunlar göstərir ki, iradə hər şeyə qadirdir.İnsanların ömürləri onların gerçəkləşib gerçəkləşməyəcəyini heç bilmədikləri boş istəklər uğruna bitib gedir. Acgöz olan insan daima yeni – yeni arzular, xəyallar qurur.Bitib tükənmək bilməyən bu arzular daima onları ömürlərinin son günlərində oyadırlar. İradə müəyyən mənada psixoloji, insanın xarakterindən və özündən asılı olan bir anlayışdır. İradə bizim fiziki və sosiallığımızı əhatə etsədə o bizə təbiətdən, ilk yaradılışımızdan gələn enerjidir. Bu enerji həyatı, yaşamı, cəmiyyəti bir həlqə şəklində döndürən gücdür. İnsan bu enerjidən qaça bilməz,bu enerji içdən gəlir və təbiətin bir parçası olam insan yaşayarkən əslində cinsəl və yaşamağa meyillilik enerjisi ilə İradəyə xidmət edir. Burdan belə nəticə çıxır ki iradə yaşam enerjisi deməkdir. İnsan  nəzarətsiz şəkildə iradə ilə hərəkəti, tərəqqini, dərdləri, və pisliyi yaradıb.
A. Şopenhauerə görə 2 intellekt növü vardır :
1. anlamaq
2. anlayış (ağıl)
Anlayış düşünmə bacarığını, yəni qavrama- anlayış baxış nəzdində intellekti izah edir. Anlamaq isə anlayışdan fərqli olaraq, hər insanin biliyindən onun qavrama tərzindən asılı olur.Anlamaq həm insana həm heyvana aid olduğu halda nəzərə almaq lazımdır ki, anlayıs insanin ətrafa, cəmiyyətə göstərə bildiyi bir qavrama prosesidir.
Intellektlə fəlsəfi mövzular arasında ən çox maraq doğuran,lakin bir o qədər də çətin mövzulardandır.Buna baxmayaraq, bu məsələ ilə bğlı bir çox filosoflar və digər elm adamları fikir bildirmişlər.Onların sırasında A.Şopenhauerin də adını qeyd etmək lazımdır.O, bu barədə özünün “Müxtəlif predmetlər haqqında düşüncələr” kitabında qeyd etmişdir.Burada qeyd edir ki, biz düşünərkən əslində bütün dünyanın, mövcudatın ruhu düşünür,təbiət özü-özünü dərk etməyə çalışır.Biz bununla mövcudluğu dərk olunan şəklə salmağa çalışırıq.İstənilən biliyin son məqsədi budur ki, o intellekti yalnız və yalnız dərk etmə vasitəsi kimi deyil, həm də iradənin bütün təzahürlərini yalnız əyani dərk etmə vasitəsi kimi yox, həm də abstrakt dərk etə vasitəsiylə öyrənsin, qısacası iradənin mahiyyəti tam şəkildə öyrənilsin.Normal sağlam düşüncə ,o cümlədən, elmi bilik də buna çalışır. O qeyd edirdi ki, öz fəlsəfəsində əsasını qoyduğu daxili mənin iradəyə və dərk etməyə bölünməsi suyun hidrogenə və oksigenə bölünməsinin öyrənilməsi qədər gözlənilməz oldu.Lavuazye A.Şopenhauerə qədər sadə element hesab olunan suyu tərkib hissələrinə ayıraraq fizikada və kimyada yenilik etmiş oldu.O isə ruh və psixologiyada bölgü aparadı.O qeyd edirdi ki, bununla həqiqi metafizikanın əsasını qoya bildi.Bunun açıqlamasıni verərək qeyd edirdi ki, bu vaxta qədər bir coxları mövcüdatın əsasını ya materiyadan hesab edir, bununla da materialist adlanırdılar, ya da ruhu əsas gotürür, idealist olurdular.İdealist sistemlər dünyanı dərk etmənin əsas nəticəsi hesab edirdilər.Buna misal kimi Platonun “Legibus” dialoqunu göstərmək olar.Platon yazır: ”İstyənilən hərəkət və mövcudluq,dərk etmə və təsəvvür öz başlanğıcını “ruh”dan götürür.Digər idealistlər də bunu belə qəbul etmişlər, hətta bu gündə bu mövzu aktualdır.Ancaq əslində şeylərin həqiqi başlanğıcı və ya onların birinci başlanğıcı sadəcə ruh deyildir, ruhun bazisi,iradədir.Ruh özü ona tabe olan,ondan aslı olan düşüncə ilə birləşmiş şəkildədir.Lakin qeyd etmək vacibdir ki, ruh heç də belə- düşüncə ilə birləşmiş şəkildə olur.Ruhu yaxud daxili məni, iradə ilə dərketmənin bölünməz gerçəklikdən yarandığını qəbul etmək yanlışdır.Məsələn, keçmişdə bir çox kimyaçı suyu tərkib hissələrinə bölünə bildiyini bilmirdi.suyu tərkib hissələrinə bölünə bilməyən element hesab edirdi.
Noumen (özlüyündə olan şey) və ya dünyanın mahiyyəti dedikdə  iradəni nəzərdə tutaraq qeyd edirdi ki,bu ifadə də dərketməni9n subyektinə münasibətdə subyektiv münasibət əks olunur və burada iradə dərketmə üçün məlumat mənbəyi ola biləcəyindən də çox əhəmiyyətlidir.Onun fikriycə,Brahman, dünyanın ruhu və bu tipli fikirləri ifadə etməkdənsə ona iradə deməsi daha məqbul olardı.
İradə - niyyət (βουλμσις) deyil,yalnız iradə-istək(Θελημα) orjinal hesab olunmalıdır.Almancada bu sözlər hər iki anlamda da anlaşıla,yozula bilir,lakin bu əldə olunan mənaları bir-biriylə qarışdırmaq,onun fikriycə,onu dzgün anlamamaqdan yaranır. Θελημα –məxsusi iradə və həmçinin sadə anladığımız iradə anlamındadır.Bu tipi insanlarda və heyvanlarda müşahidə etmək mümkündür. Βουλμσις isə uydurulmuş ( consilium) iradədir və seçimlə aydınlaşır.Dilin bu günkü-müasir anlamında bu iki anlayış eyni sözlə ifadə olunur deyə,heyvanlarda iradənin var olub olmaması bu gün filosoflar üçün aktual məsələlərdəndir.Heyvanlarda iradənin olduğunu düşünənlər- Θελημα olmadığını düçünənlər isə- Βουλμσις termini qəbul edirlər.
Hadisələrin anlaçılan olması təssəvvur oblastına aiddir, hansı ki, birinin digəri ilə əlaqəli olması ilə şərtlənir.Anlaşılmazlıq da vardır ki, bu isə, hadisələrin təsəvvür oblastı ilə kəsişməsi zamanı başlayır, yəni iradə bir başqa  təsəvvürə daxil olmasından nəticələnir.Məsələn, çox da mürəkkəb və qeyri – adi bir hadisə olmasa da əl ilə bədəninə toxunmaq tamamilə anlaşılmaz hesab olunur.Ümumiyyətlə isə, üzvi aləmin bütün hadisələri anlaşılmaz hadisələrdir,- bitkilərin inkişafı, kristallaşma,təbiətin gücü də bu qəbildəndir.Bunun səbəbi isə bütün hallarda iradənin öznü göstərməsi ilə əlaqədardır.
İnsanın iradəsi də heyvanlardakı kimi demək olarsa, eyni məqsədə yönəlmişdir,- yemləmək və nəsil artırmaq.Lakin diqqət yetirsək bu məqsədə çatmaq üçün insana necə də ağıllı ,hətda, dahi aparat verilmişdir.Həqiqətən də, ən adi məsələləri belə həll etmək ağıl, düşüncə və incə-abstrakt mühakimələr vasitəsilə mümkündür.Ancaq qeyd olunmalıdır ki həm insan , həm də heyvan sonda  eyni məqsədi güdür və ona ,sözün əsl, mənasında nail olur.Bunları aydınlaşdırmaq üçün A.Şopenhauer belə bir müqayisə aparır : çaxırı həm gil qabdan düzəlmiş qaba , həm də daha incə materialdan hazırlanmıç qaba əlavə etsək, nəticədə çaxır hər iki qabda da eyni olacaq.
Sehrbazlığa inanmamaq, buradakı səbəb-nəticə əlaqələrinin olmamağı bununla əsaslanır ki,burada fərdiləşmiş və müəyyən qədər maddiləşmiş iradə başqa maddi predmetə elə təsir edir ki,sanki burada təsir göstərən onun özü yox,fərdiləşmiş iradədir.
A.Şopenhauerin nəzəriyyəsinə görə dünyanın mövcudluq səbəbi iradənin hər şeyə gücü çatan qüdrəti ilə izah olunur.Həm də cismani maqnetizm hadisəsi və digər bu kimi faktlar göstərir ki, keçmişdə iblisin içi hesab edilən sehrbazlıq,əslində iradə vasitəsilə, onun gücü ilə baç verir.Bu kimi məsələlər sübut olunduğundan o belə hesab edirdi ki, onun bu nəzəriyyəsi artıq paradoksal hesab olunmayacaq, əksinə daha anlaşıqlı olacaq.Əgər bəzi hallarda insan iradəsi iblisdən asli olursa və onun hakimiyyəti ltında olursa, bir vaxt olcaq Allahın qüdrəti altında olacaq.
 Sie res assendunt lumina rebus
(Şeylər beləcə bir-birində işığı yandırır)
Orta yüzilliklərdən XVIII yüzilliyin başlanğıcına kimi, Allaha olan inamla İblisə olan inam eyni bir etiqad hesab olunurdu və llaha inanmayan adam atesit adlanırdısa ,ondan fərqli olmayaraq İblisə inanmayanlar da ateist hesab olunurdu.İndi isə bizə aydınlaşıb ki bu heç də məntiqsizlik deyil, bu ağlasığandır.
A.Şopenhauer özünün təbiət fəlsəfəsində qeyd edir ki, yalnız bir müalicəvi güc var, bu da təbiətin müalicəvi gücüdür.Müxtəlif həblər,mazlar və dərmanların müalicəvi gücü yoxdur, o yalnız və yalnız orqanizmin təbiətinin müalicəvi gücünü oyadır.
Şopenhauerin Etika haqqında baxışlarında qeyd edir ki, insanın daxili tərəfi dəyişilməz olduğundan, əxlaqi tərəf də dəyiçilməzdir.Biz hər birimiz rol aldığımız dünya səhnəsində rollarımızı dəyişmədən  oynamağa məhkumuq.Bu da onu deməyə dəlalət edir ki, nə din, nə fəlsəfə, nə də həyat təcrübəsi bizi yaxşı insan edə bilər.Burdan da belə bir sual yaranır : Bəs onda niyə yaşamalıyıq?Mahiyyəti dəyişilməyən bu komediyanın, dramın iştirakçısı olmaq bizə niyə vacibdir?A.Şopenhauer özünün qpyduğu suala belə cavab verirdi : bu ona görə vacibdir ki, insan özünü ddərk edə bilsin, kim olmaq istədiyini, kim olduğunu və kim olacağını, olmağa çalışdığını bilsin. İnsan üçün verilən iradə, maddə üçün verilən reagent kimidir, hansıki bu maddənin xüsusiyyətləri yalnız onun vasitəsilə tapıla bilər və əgər tapılarsa, bu o deməkdir ki,bu xüsusiyyətlər həqiqətən də vardır, mövcuddur. Bu dərk etmə ona ətrafdan, kənardan verilməlidir.İnsanın həyatının əsasında xarakterın aşkara çıxması dayanır.Bu xarakter həyatın özündə yox, zamandan kənarda, onun xaricində dəyişilir və bu həyat gedişatında əldə olunan özünü dərkin nəticəsi hesab olunur. Həyat özümüzü tanımq üçün baxdığımız güzgü kimidir, biz onda öz surətimizi, əksimizi görürük.Əgər həyatı bənzətmək istəsək çap vərəqini əvvə, üstündə müəyyən düzəlişlər edilmiş korrektor vərəqi kimi qəbul etmək olar.Buradakı düzəliş şriftin böyük və kiçikliyi deyil. Çap vərəqinin böyük yaxud kiçik şriftlə yığılması mətnin məzmununda elə də vacib bir dəyişiklik etmirsə, eynən bunun kimi, ürəyi şər niyyətlərlə dolu birinin öz eqoizmi ucbatından kiçik miqyaslı yaramazlıq etməsinin elə də əsaslı bir önəmi yoxdur.Dünyanı fəth edən adamı hamının tanıması ilə, eqoizmə qapılan birinin (kiçik adamı) yalnız özü görməsi və tanıması arasında elə də böyük bir fərq yoxdur.Vacib olan insanın özünü görməsi və tanıya bilməsidir.İnsanların əsəriyyəti xeyirxah olmaq əvəzinə xoşbəxt olmaq istəyirlər,varlanmaq, davamlı rifah ıçındə olmaq, zahiri gözəllik və s. can atırlar. Onları daima böyük rollarda oynamaq istəyən, filmin baş aktyoru olmaq istəyən, ancaq nə qədər çox oynmağın və hansı yerdə olmağın  deyil, necə oynamaq lazım gəldiyinin əsas olduğunu anlamayan axmaq aktyoralara oxşatmaq olar.
İradə və xarakterin qarsılıqlı əlaqəsi haqqında bunları demək olar.Anlaşıqlı və ağlabatan xarakter dedikdə iradənin zamandan aslı olmayan fəaliyyətini nəzərdə tutursa,onun zamandan aslı olan tərəfi isə emprik xarakterdir.Praktik oblastda bizim hamımız bu və ya digər xarakterli oluruq. Xarakter bizim həyatımızı təçkil edir və formalaşdırır, “ hər bir insan öz xoşbəxtliyinin dəmirçisidir” deymi müəyyən qədər doğru sayıla bilər. Hansıkı biz düşünürük ki tale bizə tanış olmayan, bizdən kənarda olan bir melodiya kimidir, daim bizi izləyir,ancaq dönüb geriyə baxsaq görərik ki, bizim keçdiyimiz həyat yolu eyni bir mövzunun müxtəlif variasiyalarından ibarətdir( xarakter də bunun kimidir) və bir az da yanaşsaq bu melodiyanin eyni tonda olduğunun aydın şəkildə hiss edərik.Buna görə də hər kəs özünü çüşahidə edə bilər və əslində etməlidir.Nəzəri oblstda isə hakim mövqe intellektual xarakterdədir, ancaq bu hər kəsə nəsib olmur,çünki burada hər şey düha və orijinal dünyagörüşündən aslıdır, bu isə dühada qeyri-adi istedadın olmasını tələb edir.İntellektual xrakter insanın fizioloji görkəmindən də hiss oluna bilər.İnsanların gözlərinin qurluşu və rəngi, alnın forması və s.də öz əksini tapır.Adi insanlarda nəzəri fizionomiyanin müəyyən ayrı-ayrı xüsusiyyətləri nəzərə çarpa bilər. Praktiki fizionomiya isə,praktik xarakterli, əxlaqi ovqata köklənən xarakter ən çox ağzın qurluşunda ,müxtəlifliyində,özünəməxsus cəhətlərində özünü göstərir.İntellektual xarakter bütöv olur,təcrübəyə əsaslanan xarakter dəyişilməz, məhdud olur,ancaq zamana görə inkişaf edə bilir və bu inkişaf nəticəsində onun müxtəlif tərəfləri yaranır.Emprik xarakter 2 faktordan ibarətdir :
1.temprament-kor-koranə yaşamaq və ya yaçamağa can atmaqdır.
2.iradənin daha geniş ifadəsi üçün dünyanın dərk olunmslna çalışmaqdır.
2-ciyə nəzərən qeyd etmək lazımdır ki,buna görə bəzi hallarda eyni bir insan öncə öz istəyinə hədəflənə və hədəfin gətirdiyi hər şeylə razılaşa, öz yolunu bununla müəyyən edə bilər,lakin sonra həyatın aldadıcı, bütün həzzlərin və həyatı dəhşətlərin   xəyalın məhsulu olduğunu dərk edib özündən, hər şeydən, həyatdan imtinasına səbəb ola bilər.Bu tip yalqızlığa qapilanlara və özünü həyatdan təcrid edənlərə insanlara ən gözəl nümunə kimi Mariya Maqdalinanı göstərmək olar.Lakin qeyd etmək lazımdir ki bu hadisə hec vaxt xeyirxahlıqdan naqisliyə keçid kimi baş vermir,bu ,əsasən, həyata gözü, könlü tox yanaşan insanlar, daha sonra ondan imtina edirlər və bu beləcə baş verir.
Ən gözəl bədən çirklənmədən qurtula bilmədiyi kimi,pis qoxuduğu kimi və ya ifraz etdiyi kimi istənilən  xeyirxah xarakter də  pis keyfiyyətlərdən azad olmaği bacarmır ,hətda, ən böyük dahilərdə belə məhdud cəhətlər özünü göstərir.Hər bir insanın daxilində yaxşı və pis cəhətlər gizlənir və situasiyaya, insanı qıcıqlandıran motivlərə nəzərən onlardan gah yaxşı, gah da pis önə çıxır.O deyirdi “ Mən bəzən hamıya mərhəmətlə yanaşır,rəhimdil oluram, bəzən isə ,hətda, tanımadığım insanlara qarşı belə nifrət xəbislik içimdə yaranır,onlara nifrətlə baxıram. Bütün bunlar bizim qavrama xüsusiyyətimizi göstər. Qavrama xüsusiyyətlərimiz öz növbəsində 2 qrupa bölünür :
1.fərdiyyətçilik prinsipinə əsaslanan qavrama.Bu prinsipə görə bütün  mövcud varlıqlar bizə yad gəlir, bizim mənimizə,özümüzə düşmən kimi gəlir, bu halda biz digərlərinə qarşı laqeydlik, paxıllıq, xəbislik və nifrətdən başqa heç nə duya bilmirik.
2. Tat-tvvami-asi (sanskritcədən tərcüməsi “ hər şey sənsən”dir.Bu ifadəyə ilk dəfə Upnişadlarda rast gəlinib.Brahmanizmin əsas ehkamlarından biridir) prinsipi ilə baş verir.Bu halda bütün varlıqlar bizim mənimizlə eyniləşir,buna görə də biz dünyadakı hər şeyə qarşı sevgi, mərhəmət və digər ülvi hissləri bəsləyirik.
Bu açıqladığımız üsullardan biri fərdləri bir-birinə yaxınlaşdırır, digəri isə ayırır və uzaqlaşdırır.Onlardan biri bütün varlıqlarda özümüzü görməyə məcbur edirsə, digəri bizi yad olanı görməyə məcbur edir.2 bir-birinə zidd mövqeləri açıqlayarkən belə maraqlı əkslik meydana çıxır ki,yadların əzabları bizdə mərhəmət doğurursa, başqalarının xoşbəxtliyi bizdə sevinc, mərhəmət doğurur, çox az halda başqalarının xoşbəxtliyinə sevinirik,onlar da ən yaxın olanlar,dostların sevincinə çərik olmaq məqsədiylə.Bu 2 üsuldan yalnız 1-ci özünün elmi müstəvidə rasional sübutunu tapır.2-ci isə heç bir sübut tapa bilmir.
Emprik xrakterlər öz aralarında bir-birindən çox fərqlənirlər.Bunun əsas səbəbi isə hər bir fərdin qavrama qabiliyyətinin iradəsinin qavrama qabiliyyətindən asılı olmasıdır.Bu da irsən alınan iradə və intellektdən aslıdır.Qeyd olunmalıdır ki, iradə atadan,intellekt isə anadan alınır. Valideyinlər arasında uyğunluğun olması təsadüfi hhadisədir.Əgər valideyn və övladlar arasında fərq olmasaydı,həmçinin, istənilən təsadüf zərurət olmasaydı,onda dünyanin,mövcüdatın özündə dözülməz bir ədalətsizlik olardı.
Şər iş görmək istəyən,lakin bunu edə bilməyən insan tipi bu səbəblərdən qorxur :
1.Cəzadan və qisasdan
2.Digər dünyada alacağı cəzadan
3.Mərhəmət duyğusunun təsirinə qapılaraq
4.Şöhrətpərəstliyə görə belə edir.(obyektiv şəraitə uyğun davranır və aəçaldılmaqdan qorxur.Burda digər məqsəd ehtiyyatlı və tədbirli olmasıdır)
Xeyirxah işlər görmək istəyən,bunu edənlər və əsas məqsəd kimi mənfəət güdənlərin əsas səbəbləri bunlardır :
1.gizli mənfəətpərəstlik
2.digər dünyada mükafat almaq
3.mərhəmət duyğusu
4.xeyriyyəçilik ( hamının qarşılıqlı şəkildə bir-birinə kömək etməli olduğuna etiqad bəsləmək və bacardığı qədər bu etiqadın uzunömürlülüyünü təşkil etmək və özünün də nə vaxtsa bundan yararlanacağına ümid etməsi )
İradə zamana tabe olmur deyə, digər əzablar kimi vicdan qisamüddətli deyildir,tez zamana ötüb keçmir, Görülən bütün şər işlər vicdana çox  güclü əzab verir və nə qədər illər ötüb keçir keçsin, bu əzablar illər sonra belə bu əməllərin törədildiyi vaxtda olduğu qədər çox güclü olur.
A.Şopenhauer belə hesab edirdi ki,dünyanın əsası kor təbii şəkildə,heç nə ilə şərtləndirilməyərək qoyulmuşdur. Bu isə “dünya iradəsi” adlandırılır.Şopenhauerin iradəsi sonsuz səydir və onun təməli yoxdur,zamandan və məkandan kənardadır. Şopenhauerdən bir qədər sonra A.Berqson buna belə anlam verib əsaslandırdı ki, Şopenhauerinki sadəcə “həyati istək”dir. Bu “həyati istək instinktlərin xaosu, bir-biriylə qarşılıqlı əlaqsi,qarşılıqlı əlaqsinin axınıdır. Berqson bu axını gah naturalist gah da sosial hesab edir.” Həyati istək ”  müxtəlif mərhələlərdən keçir :
1.Yaranır
2.Dəyişir
3.İnsanda təcəssüm olur ( özünün ən yüksək zirvəsi )
3-cü mərhələdən keçən “ həyati istək ” artıq öz funksiyasını , missiyasını icra etmiş hesab olunur. Berqsonun naturalist hesab etməsinin əsasında təbiət və təbiətdən asılı olduğumuz istəklər və öhdəliklərimizdirsə, sosial axında yalnız və yalız cəmiyyət daxili və cəmiyyətlərin bir- biriylə olan münasibəti, insanların cəmiyyətdə özlərinə yer tapması və tutması məsələsi və bunun uğrunda gedən mübarizələr, istəklər toplusu nəzərə çarpır.


Şəbnəm Qarayeva


Ədəbiyyat

1.F.İsmayılov - “Müasir dövr Qərb fəlsəfəsi”, B. 1991
2.F.İsmayılov - “XX əsr Qərb fəlsəfəsi”
3.H.İmanov - “Fəlsəfə tarixi” , B.2007
4.M.B.Zeynalov - “Fəlsəfə tarixi” , B. 2009
5.A.Şopenhauer - “Dünya iradə və təsəvvür kimi”
6.Skirbekk,Gilye -“Fəlsəfə tarixi” , B.2007
7.A.Şopenhauer - “Müxtəlif predmetlər haqqında”, B.1018
8.http://www.bbkl.de/s/s1/schopenhauer_a.shtml - Schopenhauer - Biographisch-Bibliographisches Kirchenlexikon (BBKL)
9. Rüdiger Safranski: Schopenhauer and the Wild Years of Philosophy. Harvard University Press, Massachusetts 1991, ISBN 0-674-79276-9, S. 52–53.
10. Auf dem Deckel eines Rechnungsbuchs hat der damals 45 Jahre alte Privatgelehrte seine Gedanken fest gehalten
11. Yaşam Bilgeliği Üzerine Aforizmalar, Hasan Âli Yücel Klasikler Dizisi, Çeviren: Mustafa Tüzel, Türkiye İş Bankası Yayınları, İst. 2005
12. Arthur Schopenhauer - Biographisch-Bibliographisches Kirchenlexikon (BBKL)
13.Arthur Schopenhauer - „Mitleid mit den Tieren hängt mit der Güte des Charakters so genau zusammen, daß man zuversichtlich behaupten darf, wer gegen Tiere grausam ist, könne kein guter Mensch sein.“ Grundlage der Moral
14. Arthur Schopenhauer: Die Welt als Wille und Vorstellung. Köln 1997, Erster Band,
15. Arthur Schopenhauer: Die Welt als Wille und Vorstellung. Köln 1997, Erster Band,
16.A.Şopenhauer-“Aşkın Metafizikası “Çeviren: Selahattin Hilav, Sosyal Yayınları.
17.”A.Schopenhauer and thinks” –K.Andrevv, London 1993
18.”VVant and knovv”-M.B.Eskring, London 2001

Yorumlar