Bir çox tədqiqatçılar bəşəriyyətin düşüncə tarixində üç böyük elmi inqilabın olduğunu vurğulayır və bu elmi inqlabların bayraqdarlarının Aristotel (e.ə.384-322), İ. Nyuton (1643-1727) və A. Eynşteyn (1879-1955)
olduğunu göstərirlər.
Əsasən təbiət fəlsəfəsi ilə bağlı olan bu fikirlər elmi ideyaların inkişafına
böyük təkan vermişdir.[1, səh. 125]. Kainatın geosentirik sistemindən
heliosentirik sisteminə keçməsinə əsalanan ikinci elmi inqilabın səbəkarı məşhur
ingilis mütəfəkkiri, klassik mexanikanın yaradıcısı İsaak Nyutonun irəli
sürdüyü ideyalar naturfəlsəfədə böyük bir iz qoymuşdur.
Nyutonun 1687-ci ildə yazdığı “Natural fəlsəfənin riyazi əsasları” adlı
əsəri uzun müddət müzakirə obyektinə çevrilmiş, bu əsərdə irəli sürülən
ideyalar düşüncə sahiblərini daima narahat etmişdir. Nyuton bu məşhur əsərini
yazdığı zaman astronomiya elmi böyük bir nüfuza malik idi və əsasən yunan
naturfəlsəfəsi daha geniş yayılmışdı. Bu
dövrdə Keplerin planetlərin hərəkəti haqqında üç qanunu hələ də öz lazimi qiymətini almamışdı, Ptolmey
(90-168) astronomiyasına alışan insanlara bunlar çox qəribə təsir bağışlayırdı.
Müasir astronomiyanın banisi sayılan məşhur alman astronomu İ. Keplerin
(1571-1630) planetlərin hərəkəti haqqında qanunları elm adamlarından dəstək gözləyirdi. İtalyan fiziki və astronomu
Q. Qalileyin (1564-1642) dəniz suyunun qabarması və çəkilməsi barəsindəki fikirləri
belə yanlış idi.
Ptolmeyin geosentirik modelinə qarşı çıxan Nyuton ideyaları ilk öncə
ilahiyyatçıların təzyiq obyektinə çevrilmişdi, bu isə təbii bir proses idi.
Nyuton təbiət hadisələrinin izahını verərkən təcrübələrə, mexanika
qanunlalarına söykənməklə bərabər, kainatı maddədən və maddənin mexanikliyindən
ibarət olduğunu irəli sürməklə kifayətlənmək yersiz olardı. Nyuton dünyada baş
verən proseslərin əsasında müəyyən bir ahəngin durduğunu və heç də cansız, rəngsiz,
soyuq və ölü bir sistem olmadığını göstərirdi. “Ümumdünya cazibə qanunu Günəş
sistemi haqqında heliosentirik təsəvvürü nəinki başa çatdırdı, eyni zamanda
kainatda baş verən çoxlu miqdar proseslərin, o cümlədən fiziki və kimyəvi
proseslərin izahı üçün elmi əsas verdi, dünyanın vahid fiziki mənzərəsinin əsasını
təşkil etdi.”[2, səh.316].
Nyutonun fikrincə günəş sisteminin sistemli hərəkəti, planetlərin və
ulduzların eyni ahəngi yalnız fövqəltəbii bir hərəkətin var olmasına dəlalət
edilməlidir. Bu fövqəltəbii qüvvə daim, əbədi bir halda bütün kainatı öz hökmü
altında idarə edir, kainat bu təbiətüstü qüvvənin məhsuludur və belə bir qüvvə
Allahdan başqa heç bir varlıqda mövcud ola bilməz. Nyuton zaman və məkan
kateqoriyalarını da Allahın iradəsi ilə bağlayaraq, mütləq zaman və mütləq məkan
anlayışlarını ortaya çıxardır.
Ümumdünya cazibə qanununun da təbiətüstü qüvvələrlə bağlı olduğunu
iddia edən Nyuton ilk təkanverici qüvvənin də Allah olduğunu qeyd edir və deizm
mövqeyini müdafiə edirdi. Nyuton ilk mühərrik və səbəb kimi Allahın varlığını qəbul
etməsi ideyası əslində mexanika qanunları ilə zidd olan bir ideya idi. Riyazi
mexanizimi ilk dəfə elmə tətbiq edən, ümumdünya
cazibə qanununun riyazi formullarının izahını verən, hərəkət qanunlarının
dinamika problemini araşdıran Nyutonun Allahın mövcudluğu fikrini irəli sürməsi
bir təsadüf ola bilməzdi.
Nyutonun “Natural fəlsəfənin riyazi əsasları” kitabına ön söz yazan R.
Kotes etiraf edirdi ki, Nyuton ingilis fəlsəfəsində təbiət elminin inkişafına
böyük və qeyri-adi bir təkan vrmişdir. Bəzi müasirləri isə bunun əksinə gedərək
fizikanın fəlsəfi problemlərinin
izahının qeyri-mümkün olduğunu qeyd edir, Nyutonun ideyalarına rişxənd bəsləyirdilər.
Məşhur holland fiziki X. Hyügens (1629-1695) və alman filosofu Q. Leybnits
(1646-1716) Nyutonun cazibə qanununun əsl mahiyyətini və bu qaunun səbəbini
göstərmədiyi qeyd edir, Nyutonun ideyalarının fəlsəfəyə zidd olması fikirini irəli
sürürdülər. İngilis fiosofu B. Rassel (1872-1970) isə bunlrın əksinə olaraq yazırdı
ki, Nyutonun cazibə qanununu o qədər uzun zaman içərisində hakmi mövqeyə malik
olmuş və o qədər çox şeyi izah etmişdir ki, burada nöqsan axtarmağa yer
qalmamışdır.
Con Bernal (1901-1971) Nyutonun yazdığı “Natural fəlsəfənin riyazi əsasları”
kitabını “”yeni elmi Bibilya” deyə adlandırmış və qeyd etmişdi ki, bu kitab
“Bibilyada izah olunmuş metodların genişləndirilməsi mənbəyidir”. Bibilyaya
istinad edən xristian ilahiyyatçıları isə iki cismin bir-birini cəzb etməsinin
qeyri-mümkün olduğunu vurğulayır və Nyutonun cazibə qanununun bütün
madiyyatlardan üstün olduğunu diktə edirdilər. R. Bentley, S. Klark kimi
ilahiyyatçı filosoflar Nyutona düşmən münasibət bəsləyirdilər, Nyuton sistemini
Bibilya sistemi ilə əvəz edirdilər.[3. səh.256].
Ümumiyyətlə, Nyuton kainatın mütləq bir formada mükəmməl olduğunu
qeyri-real hesab edir, kainatın mükəmməliyində bir nöqsanın olduğunu
vurğulayırdı. Bu nöqsanın səbəbini onunla izah edir ki, əgər kaunat mükəmməl
bir formada yaradılsaydı, o zaman Allaha ehtiyac hiss olunmazdı. Elə bu səbəbdəndir
ki, tanrı kainatın bütün nöqsanlarına müdaxilə edir, bu nöqsanları ortadan
qaldırmağa cəhd göstərir. Leybinits
Nyutonun bu fikirlərini saatsaz ilə saat arsındakı münasibətə oxşadırdı.
Kainatda mövcud olan sistem pozulduğu zaman ilk təkanverici nizamlayıcı, tənzimləyici
rolunu oynayır.
Nyutonun dini fikirləri ilə elmi fikiləri arasında heç bir fərq mövcud
deyildir, bu fikirlər bir-birini tamamlayır. O, Allahı nəzəri və riyazi ifadələrlə
izah edərək, kainatdakı ahəngin, uzlaşmanın və intizamın əsasında duran
varlığın Allah olduğunu yazırdı. Təbiətdə mənasız və təsadüfi xarakterə malik
olan heç bir cisim, heç bir hadisə mövcud deyildir. Nyuton gerçəklikdə mövcud
olan bütün sturukturlarının, hətta heyvanların bütün orqanlarının, bizə mənasız
görülən hər bir təzahürün fövqəltəbii qüvvələrin məhsulu olması ilə izah edir və
bu təzahürlərin yersiz olmadığını göstərirdi. [4. səh.250].
Nyuton klassik mexanikanın və klassik fizikanın təməlin formalaşdıran hərəkətin
üç qanunu haqqında məlumat verirdi. Ətalət qanunu, qüvvə və təcilin mütənasibliyi
qanunu, təsir və əks-təsirin bərabərliyi qanunu deyə adlandırılan bu üç qanunda
bir çox nəticələr əldə edilmişdir. Nyutonun əldə etdiyi nəticələr uzun bir müddət
hakimiyyətdə olmuş və XIX əsrin axırlarınadək öz təsirini qoruya bilmişdir. Bu
fikiri irəli sürən Eynşteyn qeyd edirdi ki, Nyuton bir sıra dəqiq elmlərin nəzəri
əsasının yaradılması sahəsində ilk təşəbbüs göstərmişdir.
Obyektiv gerçəkliyin dərk olunması məsələsinə müsbət münasibət bəsləyən
Nyuton gerçəkliyin insanlar tərəfindən dərk olunmasına inanırdı. Bu inama əsaslanaraq
cazibə qanunu üzərində iyirmi il çalışmış, ciddi riyazi hesablar aparmış, bu
hesabları dəfələrcə təkrarlamış və özünün qeyd etdiyi kimi “olduqca düzgün” bir
formaya salmışdır. Nyutonun iyirmi il ərzində apardığı gərgin əməyin, ağır
düşüncənin şah əsəri hesab olunan cazibə qanunu bütün siyasi təzyiqlərə, kilsənin
və xüsusilə də puritanların təqibinə qarşı Nyuton tərəfindən ardıcıl bir surətdə
müdafiə olunurdu.
Kral cəmiyyətinin qurucusu olan kral II Karlın (1630-1685) elm xadimlərini,
elmi fikirləri fanatik dünyagörüşlərdən qoruması səbəbi də Nyutonun
ideyalarının möhkəmlənməsi və yayılmasına dəlalət edir. Nyutonun dövründə elmi
bilklərin sitezləşdirilməsi prosesi gedir, ilahiyyatçıların mürtəce baxışları
ifşa olunurdu. Nyutonun özü isə xristianlığın əsasını təşkil edən ata, oğul və
müqəddəs ruh üçlüyü konsepsiyasını tək tanrılı bir sistemlə əvəz edirdi. Yerin
altında cəhənnəm və yerin üstündə cənnət olması fikirlərinə istehsalı
baxışlarla tənqid obyektinə çevirirdi. “Nyuton yaradıcı üçün hələ “ilk təkanı”
saxlamışdı, lakin öz Günəş sisteminə sonra hər hansı müdaxilə olunmasını
qadağan etmişdi.”[5, səh.173].
Nyutonun məkan və zaman haqqında irəli sürdüyü fikirlərdə materialist və
teoloji ünsürlər ehtiva olunur, qeyri-ardıcıl bir mahiyyət kəsb edən bu fikirlərdə
mövcud olan ziddiyyətlər hər bir tədqiqatçını özünə cəlb edir. Məkan və zaman
haqqında klassik təsəvvürlər yaradan Nyuton mütləq məkan və zamanın
mövcudluğuna inanırdı. Bu inam iki yüz il, yəni, Eynşteynin nisbilik nəzəriyyəsinə
qədər heç bir ciddi dəyişikliyə məruz qalmamışdır.
Məkan və zaman kənar təsirlərdən asıl olmayaraq mövcud olub, bərabərsürətli
bir tərzdə irəliyə doğru hərəkət edir. Bu sabit hərəkət mexanika qanunlarından
asılı olmadığı üçün mütləq bir mahiyyəti özündə ehtiva edir. Nyuton mütləqləşdirmə
ideyasının mövcud olması qənaətinə cisimlərin üzərində apardığı çox saylı təcrübələrin
sonunda gələ bilmişdi. O, təcrübə vaxtı cisimlərin ölçülərin zaman axını və məkan
parametirləri ilə hərəkətin sürət və istiqaməti arasında bir bağlılığın
olmadığını müşahidə edir. Eyni zamanda Nyuton mütləq məkan və mütləq zaman
arasında asılılığın olmadığını qeyd edirdi.
Nyutonun məkan və zaman kateqoriyalarını mütləqləşdirmə prosesində bəzi
istisnalar da mövcud olmuşdur. Uzun müddət təcrübə aparan Nyuton fəzadakı
cisimlərin bir-birinə nisbətən və bir-biriylə asılı olaraq hərəkət vəziyyətlərinin
dəyişilməsi prosesi ilə də tanış olmuşdu. Elə bu səbəbdən də nisbi məkan və nisbi
zaman anlayışlarının da var olması
mümkün ola bilər. Mexanik fəaliyyətlərin gedişatı zamanı ortaya çıxan nisbilikdən
fərqli olaraq, mütləq zaman və mütləq məkan sabit, real və obyektivdir. Mütləq
məkan və mütləq zaman anlayışı daha geniş və daha optimal olaraq, nisbi məkan və
nisbi zaman anlayışlarını da özündə
ehtiva edir.
Hisslərlə dərk olunmayan mütləq məkan və mütləq zamandan fərqli olaraq,
nisbi məkan və nisbi zaman anlayışları
hisslərlə dərk olunandır. Daim dəyişkən və fəaliyyətdə olan nisbi məkan və
nisbi zamandan fərqli olaraq, mütləq məkan və mütləq zaman sabit və bircinsli
bir xarakterə malikdir.
Məşhur fransız alimi Laqranj Nyutondan bəhs edən zaman qeyd edirdi ki,
yalnız bir kainat olduğu kimi onun qanunlarını da izah edən yalnız bir nəfər
ola bilərdi. XVIII yüzillikdə yaşamış fransız riyaziyyatçıları Nyutonun yazdığı
“Natural fəlsəfənin riyazi əsasları” əsərini “bəşər ağlının ən böyük əsəri” deyə
adlandırırdılar. Zaman keçdikcə Günəş sisteminin nizamının pozulacağından bəhs
edən Nyutonun narahatçılığına Leybinits araşdırmaları son qoymuşdu.
Nyutonun apardığı çox saylı tədqiqatların sonunda elmi əqli fikirlər “təbiət
fəlsəfəsi” anlayışı ilə əvəz olunmuş, təbiət fəlsəfəsi, təbiət haqqında dəqiq
elmin əsaları formalaşmağa başlamışdır. Deduktiv metoda böyük əhəmiyyət verən
Nyuton predmetlərin mexaniki yerdəyişməsi haqqında biliklər sistemi əsaında
klassik mexanika anlayışını ortaya çıxartmışdır. Nyutonun elm tarixində gördüyü
ən əhəmiyyətli işlərdən biri də klassik mexanikanı ideyalar və anlayışlarla
sistemləşdirməklə ikinci qlobal elmi inqilabı sona çatdırmış olmuşdur. Bu
qlobal elmi inqilab Qaliley dinamikası və Kepler qanunları ilə hərəkətə başlasa
da sözsüz ki, həlledici zərbəni Nyuton ideyaları vurmuş, bu barədə son söz,
yekun rəy Nyutonun olmuşdur. Nyuton mexaniki təbiətşünaslığın inkişafında keçid
pilləsində durur və burada mexaniki təbiətşünaslığın Nyutonaqədərki pilləsi və
mexaniki təbiətşünaslığın Nyuton pilləsi.
“Nyuton təbiət hadisələrini riyaziyyat qanunlarına tabe etməyə
çalışmış, təbiət hadisələrini hərəkət hadisələrinə görə müəyyən edərək bu qüvvələrə
əsasən qalan hadisələrin izahını vermiş, müxtəlif mərkəzi qüvvələrin təsiri
altında Günəş sistemi planetlərinin hərəkətini və bu qüvvənin Günəşə doğru yönəldiyini
göstərmişdir.”[6, səh.275].
Bir çox tədqiqatçılar Nyuton dövrünü düşüncə və elm tarixində “böyük
yüzillik” deyə bəhs edirdilər. Bu “böyük yüzilliyin” əsas səbəbkarı olan Nyuton
cavan yaşlarında belə saray adamlarından böyük dəstək görmüşdür. Kembirc
universitetində təhsil aldığı müddətdə müəllimlərin “dahi” deyə adlandırdığı İ.
Nyuton kral I George (1660-1727) tərəfindən də xüsusi bir iltifat görmüşdür.
[7]
Ensikolpedik biliyə malik olan
bu məşhur ingilis filosofunu kral I George daima müdafə edir və xüsusilə də onu
monadaolgiya nəzəriyyəsinin banisi olan Leybnitsin
hücumlarından qoruyurdu. Və elə bu səbəbdəndir ki, Nyuton iztirabsız və
qayğısız bir həyar keçirmişdir. Ölümündən sonra da bu dahi alimin fikirləri
böyük bir hörmətlə qarşılanmış, Nyutonun davamçıları onun orinal və ölməz
ideyalarını təbliğ etmişdir.
Rəhim Həsənov
Ədəbiyyat
1. Məmmədov Ə., Bəşirov R. Müasir təbətşünaslığa
koseptual yanaşma. Bakı, 2001
2. Fəlsəfə ensiklopedik lüğəti. Bakı, 1997.
3. Adıvar A.A. Tarih boyunca ilim ve din. İstanbul, Yükselen matbaa, 1969.
4. Gökbörk M., Felsefe tarihi. İstanbul, 1996.
5. Engels F.
Təbiətin dialektikası. Bakı, 1966.
6. Azərbaycan
Sovet Ensiklopediyası.VII cild. Bakı, 1983.
Yorumlar
Yorum Gönder