Gerçəkliyin
mahiyyəti haqqında suallar insan təfəkkürünün hər zaman aparıcı meyarına
çevrilmişdir. Keçmişin qaranlıq səhifələrindən günümüzə qədər meydana gələn,
formalaşan və inkişaf edən müxtəlif əqidəli düşüncələr, fəlsəfi fikirlər tarixdə iz buraxmışdır. İbtidai insanın ətraf
aləm haqqındakı fikirləri zaman keçdikcə öz əvvəlki əhəmiyyətini itirərək yeni
bir məzmun kəsb etməyə başladı.
Zaman keçdikcə bu fikirlər erroziyaya uğrasa da müəyyən ideyaların bəziləri öz xarakterini itirməmişdi. İnsanları artıq maddi dünya ilə birgə mənəvi dünya haqqında da düşünür, sonsuz kainat haqqında, kainatın sirrləri haqqında öz mülahizələrini yürütməyə başladılar.
Zaman keçdikcə bu fikirlər erroziyaya uğrasa da müəyyən ideyaların bəziləri öz xarakterini itirməmişdi. İnsanları artıq maddi dünya ilə birgə mənəvi dünya haqqında da düşünür, sonsuz kainat haqqında, kainatın sirrləri haqqında öz mülahizələrini yürütməyə başladılar.
İnsanların
düşüncə tarixinin ən qədim sahələrindən biri olan fəlsəfə bir dünyagörüşü
forması kimi hər zaman maraq doğurmuş və yarandığı gündən başlayaraq hər an
diqqət mərkəzində olmuşdur. Cəmiyyətin üstqurumunu yaradan fəlsəfə insanların,
toplumların mənəvi həyatının bütün sahələri ilə qırılmaz tellərlə bağlıdır. “İnsanların düşüncə tərzinin mərhələli
inkişaf etməsi nəticəsində qədim Yunanstanda dini – mifoloji dünyagörüşü zaman
keçdikcə öz yerini fəlsəfəyə verməyə başladı. Kainatın necə yaranması, dünyanın
mahiyyəti kimi suallara marağın yaranması fəlsəfi düşüncə tərzinin təməlini
meydana gətirdi. Əvvəllər içində yaşadığı dünyanı anlamağa çalışanlar içində
yaşadıqları cəmiyyətin və birgə yaşadıqları insanların mənəviyyatını anlamağa cəhd
edirdilər.” (1, səh. 4).
Bir
sıra Avropasentrist filosoflar fəlsəfənin mənşəyinin Qədim Yunanıstanla
bağlasalar da bu fikiri mütləqləşdirmək heç də doğru deyil. Qədim Şərqdə
yaranmış müdrik fikirlər fəlsəfənin yaranması üçün bir zəmin rolunu oynamışdı.
Üç min ildən çox tarixi olan fəlsəfə ilk dövrlərdən fərqli olaraq tarix ötdükcə
mürəkkəb suallara cavab axtarmağa başladı.
Ümumbəşəri
bir məzmun kəsb edən fəlsəfənin ilk rüşeymlərinin Şərqdə meydana gəlməsi
danılmaz bir faktdır. Şərq təfəkkürü, Şərq dünyagörüşü öz orjinallığı ilə
seçilmişdir. Öz orjinallığı ilə fərqlənən bir sıra dini-fəlsəfi cərəyanların Şərqdə
meydana gəlməsi buna əyani bir sübut hesab oluna bilər.
Bəşəriyyətin
mənəvi tərəqqisi nəticəsində insanlar artıq mifoloji dünyagörüşü ilə kifayətlənmir,
yeni-yeni ideyalar axtarırdılar. Artıq insanlar arasında dini və elmi
dünyagörüşü formalaşırdı. Eramızdan əvvəl II minillikdə ilk dini kitab olan
“Riq-Veda” (Vedizim dininin müqəddəs
kitabı) meydana gəlmişdi.
Dinlər
bir tərəfdən müəyyən qayadalar məcmusudur. İnsanların huzür içərisində bir həyat
sürmələrini təmin etmək məqsədiylə, vəd edilmiş olan prinsiplərə uyğun gəlməsi
zəruridir, əks halda istiqamət təmin edilə bilməz.
İslam
dinində mövcüd şəkil və mərasimlər, ibadətlərdəki zaman məfhümu, dəyişiklikləri
əxlaqa riayət və bunlara bənzər çoxlu qayadalar, qadağalar məqsədə çatdıran
vasitələrdir.
VIII
əsrin əvvələrində yaranmış İslam dini özü ilə yeni düşüncə sistemi gətirmişdi,
artıq müsəlman adlanan insanlar həyata yeni və tam fərqli bir dünyagörüşlə
baxırdı. İslam dinin fəlsəfi problemləri ilə məşğul olan ilk şəxs türk mənşəli
alim Əbu Hənifə (699-767) olmuşdur. Buna baxmayaraq İslam fəlsəfəsi tarixində
ilk olaraq ən önəmli ideyaları irəli sürən böyük filosof digər türk mənşəli
alim olan Əbu Nəsr Məhəmməd ibn Məhəmməd ibn Tərxan ibn Uzlağ
əl-Fərah əl-Farabi (870-950) hesab olunur. “İnsanlığın dini olan İslam insan vicdanının ən
təbii istinadı və rəhbəridir. Təcrübəyə dayanan maddi elmləri, metafizik
inancları, yəni insan idrakına sığan və sığmayan bütün həqiqətləri özündə
toplamışdır. Müsəlman olmaq İslam dininin inanac, əxlaq, yaşayış və siyasətinə
aid olan əsasları bilmək, yaşamaq və yaşatmaqdır.” (2, səh.18).
Bəzi
tədqiqatçılar islamda ilk təriqətlərin yaranmasını dini fikir ayrılığı ilə, bəzi
tədqiqatçılar isə siyasi fikir ayrılığı ilə səciyyələndirirlər. Müxtəlif görüşlərin,
fikir ayrılıqlarının yaranmasına əsas səbəb isə müsəlmanların Əli ibn Əbutalibə
(600-661) dost və ya düşmən münasibət bəsləməsi ideyası ön
planda dururdu. İslamda ilk təriqətlərin yaranmasında bu tarixi şəxsə göstərilən
müxtəlif münasibət ortaq bir məxrəc təşkil edirdi.
Qədim
köklərə malik olan Şərq xalqlarının ictimai fəlsəfi fikir tarixi öz zənginliyi
və dolğunluğu ilə fərqlənir. İstər islamdan əvvəl, istərsə də islamdan sonra Şərqdə
yaranmış bu dini-fəlsəfi təlimlər böyük fəlsəfi ideyaların təzahür etməsində vəsilə
rolunu oynamışdır.
Bu
dini-fəlsəfi təlimlərdən biri sayılan sufiyyə də orta əsrlər dövründə yaranmış,
inkişaf və təkamül mərhələsinə çatmış dini-mistik bir təlim idi. Təsəvvüf və ya
irfan elmi də deyə adlanan suflik təlimi zəngin və təkrarsız fəlsəfi ideyaları
özündə ehtiva etmişdir.
Orta
əsrlərdə müsəlman Şərqində geniş yayılmış sufiyyə cərəyanın nümayəndələri
insanın özünü kamilləşdirməsi prinsipinə böyük önəm verirdilər. Özünü kamilləşdirən
insanın Allahı intusiya və ekstaz (ekstaz və ya vəcd - ruhun dünyəvi reallıqlardan xilas olaraq özündən
keçmə və coşğunluq halına deyilir) yolu ilə
dərk olunması əqidəsinə möhkəm inam bəsləyirdilər.
Təsəvvüf
və fəlsəfənin hər ikisi eyni problemləri araşdırsa da metodoloji cəhətdən fərqli
mahiyyət kəsb edir. “Fəlsəfə əşyanın mahiyətini və həqiqətini bilmək, insanın
özünü bilib-tanıma elmi və hadisəsidir. Fəlsəfə varlıq, Allah və insan kimi
mövzulara aid problemləri ağlın gücü və köməyi ilə həll etmək istəyirlər. Təsəvvüf
də varlıq, insan və Allah mövzularını incələyən bir elm olduğundan mahiyyət
etibarilə fəlsəfəylə əlaqədardır. Ancaq təsəvvüf və fəlsəfənin problemlərin həll
edilməsində istifadə etdikləri metod fərqlidir.” (3).
Sufi
fikir adamlarının düşüncə tarixi boyunca narahat edən suallara cavab axtarır,
insanın kimliyi, kainatın sirrlərini öz metodoloji prinsipləri ilə araşdırırdı.
Həqqə qovuşma yolu ilə Həqqin dərk olunması hər zaman sufinin əsl və əsas amal
idi. Mistik eşq, ilahi nurlanma, xüsusi ayinlər, rəqslər və dua etmə mərasimləri
sufiyyə təriqətinin əsas atributlarından biri idi. Sufiyyə təriqətində mürid
adlanan şagirdlər mürşid adlanan rəhbər, pir, ağsaqalla möhləm və qırılımaz mənəvi
tellərlə bağlı olmalıydı.
Sufinin
fikrincə bütün məhəbbətin əsasında yarananın yaradılanlara qarşı olan məhəbbəti
önəmli bir yer tutur. Mütləq olana qarşı olan məhəbbət öz səmimiliyi ilə səciyyələnməlidir.
İnsanın Allahı dərk etməsi, qovuşması yolunda önəmli bir mövqeyə malik olan
mistik məhəbbətin varlığı zamanı ağıl öz əhəmiyyətini itirmiş olur.
Təsəvvüf
fəlsəfəsinə görə insan ilahi düşüncəyə müəyyən qayda-qanunlara əməl etməklə
deyil, qəlb yolu ilə, könül yolu ilə nail ola bilər. Özünü dərk etmək sufi həyatının
əsl mahiyyətinə çevrilməlidir. Təsəvvüf fəlsəfəsində əsas mahiyyət ruhu pis və mənfi xarakterlərdən təmizləyib, həqiqi
bilgi olan Allahı dərk etməkdir. Allahı
dərk etməyin, Allahı bilməyin yolu isə safadan yəni, saflaşmadan mərifətə doğru
olan yoludur.
Sufiyyə
sözünün mənşəyi haqqında müxtəlif mülahizələr mövcud olmuşdur. Təsəvvüf ərəbcə : تصوّف təşəvvüf,
farsca : تصوف təsəvvuf
ya da Sufizm və ya Sufiyyə ərəbcə : صوفية sufiyə, farsca : صوفیگری
sufiqari sözündəndir. Tədqiqatçılar əksəriyyəti bu sözün mənşəyinin suffə
(ərəbcə - daxma) sözündən, bəziləri suf (ərəbcə - yun paltar) sözündən, bəziləri
də sofizm (yunanca - müriklik) sözündən törəməsini vurğulayılar. Biz əgər müxtəlif
tədqiqatçıların təsəvvüf və ya sufiyyə sözünün mənşəyini haradan gəldiyinə nəzər
yetirmiş olsaq aşağıdakı mənzərənin şahidi olarıq:
1.
Əshabi-suffə – sofa əhli, daxma əhli deməkdir. İslamın ilk yarandığı dövrlərdə
ömrünü ibadətə sərf etmiş yersiz-yurdsuz dindarlar üçün islam peyğəmbərinin
göstərişi ilə suffələr, yəni kiçik daxmalar tikilirdi. Mədinədə Məhəmməd peyğəmbərin
göstərişi ilə onun evinin ətrafında tikilən hücrələrdə yaşayan yoxsul
insanların sayı 400 nəfərə qədər çatırdı.
Məscidi-Nəbinin
ətrafında məskunlaşaraq asketik həyat tərzi sürən bu kişilərin hamısı bütün
ömrünü dua etməklə keçirdidilər. Bir sıra tədqiqatçılar bu qənaətdədirlər ki,
sufiyyə sözü bu daxmalarda yaşayaraq ibadət edən abidlərin adı ilə bağlıdır.
Əshabi-suffə də deyə adlanan bu daxmaların dindar sakinləri sufiliyin və yaxud
da təsəvvüf fəlsəfəsinin təməl ünsürlərinin formalaşmasında heç şübhəsiz ki, müəyyən
təsirlər göstərməyə bilməzdilər. Eyni zamanda onu da qeyd etmək yerinə düşərdi
ki, Məhəmməd peyğəmbərin ən mötəbər əshabələrindən biri olan Səlman Farsi
(?-656) də Əshabi-suffənin sakinlərindən bir idi.
2.
Sufanə – sufan və yaxud da sufanə adlanan bir bitki növüdür. Bir sira
araşdırmaçılar sufilərin yeməyə dəyər vermədiklərini və bitkilərlə
qidalandıqlarına görə bu adın sufan bitkisinin adı ilə izah edirlər.
3.
Saffa və ya səfvvət – saflaşma mənasındadır. Sufiyyə sözünün saffa yəni,
saflaşma sözündən də törədiyini söyləyən tədqiqatçılar mövcuddur. Çünki, sufilikdə
saflaşma, mənəvi təmizlənmə böyük bir əhəmiyyət kəsb edirdi.
4.
Səffi-əvvəl – ön cərgə deməkdir. Sufilərin qəlbləri və təqva duyğusu ilə Allaha
yönəlmiş sevgiləri ilk sırada durduğundan bəzən onlara saffi-əvvəl də deyirdilər.
5.
Bənni-sufə – Kəbəni ziyarətə gələnlərə xidmət edən bir qəbilə adıdır. Hələ
İslamdan öncə Bənni-sufə qəbiləsinə bu tapşırıq verilmişdi.
6.
Süffətül-qafa – ənsə tükü deməkdir. Sufilər geyimə önəm vermədikləri üçün
saçlarına da fikir vermir, bu səbəbdən də uzun saç saxlayırdılar.
7.
Sifət – bir sufi mənəvi cəhətdən gözəl sifətlərə, yəni xarakterlərə malik idi.
Bir sıra tədqiqatçılar sifət kəlməsindən sufiliyin yarandığını ehtimal edirlər.
8.
Sofizm və ya sofia – yunanca müdriklik deməkdir. Bəzi tədqiqatçılar isə sufiyyə sözünün yunan müdrikləri ilə bağlı
olduğunu və sofizm kəlməsi ilə əlaqədar yarandığını iddia edirlər.
9.
Suf – sufiyyə sözünün suf, yəni yun paltar sözündən yarandığını iddia edənlər
isə onların isti iqlim şəratində yun paltar geyinərək asketik həyat tərzi sürməsini
göstəridilər.
Məşhur
turk tədqiqatçısı H.K.Yılmaz “Açarları
ilə təsəvvüf və təriqət” adlı əsərində yuxarıdakı sözlərin hər birinin üzərində
dayanır və sonda bu qənəaətə gəlir ki, bunların içərisində sufiliyin mənəbəyini
götürüldüyünə ən böyük ehtimal olunan söz “suf” yəni, yun parça sözündən
yaranmasıdır.
Çünki,
Əshabi-suffənin nisbəti suffi, sufanənin nisbəti sufani, safa və yaxud da
safvetin nisbəti səfai və ya səfəvi, səffin nisbəti saffi, sufə sözünün sufəti
və ya sufəvi, sifət sözünün nisbəti sifəti və ya sifəvi olduğunu vurğulayırdı.
Öz fikirlərini davam etdirən tədqiqatçı qeyd edir ki, sufi sözünün Bənni-sufədən və sofizm və ya sofia sözündən törəməsinə də
ehtimal yoxdur. Çünki, Bənni-sufə qəbiləsinin İslam meydana gəldiyi sırada
mövcud olması ilə bağlı önəmli bir dəlil yoxdur. Sofizm və ya sofia sözünə gəldikdə
isə H.K.Yılmaz qeyd edir ki, bu sözlərin qarşılığı kimi Şərqdə həkim və ya
filosof sözləri işlənirdi. Bütün bu müzakirələrdən sonra H.K.Yılmaz bu qənaətə gəlir ki, sufi sözü “suf” sözündən
meydana gəlibdir. (4, səh. 26)
Bəzi
tədqiqatçılar sufiliyin yaranmasını və geniş yayılmasını cəmiyyətdə gedən təbəqələşmə
prosesi ilə əlaqələndirirdilər. Sufiliyin təbəqələşmədən yarandığını iddia edənlər
onların tərkidünya həyat tərzi sürməsini, aşağı təbəqə arasında geniş
yayıldığını misal göstərirdilər.
Asketlər
zahidlər maddi cəhətdən zəngin həyat tərzini mənəvi zənginliklə əvəz edirdilər.
Və bu mənəvi zənginlikliyi dünyanın hər cür maddi nemətlərinə biganə qalmaqla və
maddiyyata nifrət bəsləməklə əldə edirdilər.
Təsəvvüfdə
tərkidünya insanlara mütəcəvvid (mütəcəvvid - ərəbcə “dünyadan əl çəkən adam” mənasına
gəlirdi) də deyilirdi. “Əl-Qəzali sufiliyin 9 inkişaf mərhələsini göstərirdi: 1) tövbə
(günahlara görə), 2) bədbəxtliklərə dözmək, 3) istirahət üşün Allaha minətdar
olmaq, 4) Allah xofu, 5) xilas olmağa ümid, 6) könüllü yoxsulluq, 7) dünyadan əl
üzmək, 8) öz iradəsindən əl çəkmək, 9) Allaha sevgi.”(5, səh.47).
Zahidin
dünya malına laqeyd münasibəti onun onun mənəvi təkamülün formalaşmasına səbəb
olur. Zahidin gerçəkliyin mahiyyətinin dərk olunmasına qarşı yönəlmiş proses
zamanı mənəvi tərəqqi önəmli bir rola malikdir.
Əgər
ortodoksal islam təfəkkürünə görə Allah haqında məlumat əldə etmək üçün Quran və
hədis önə sürülürdüsə sufilər bu düşüncəni inkar edirdilər. Sufilərə görə dinin
zahiri (açıq) və batini (gizli) tərəfləri var. Dinin açıq tərəflərindən fərqli
olaraq gizli tərəfi şəriət, həqiqət və mərifət yolu ilə əldə olunur.
VIII
əsrdə İraq və Suriya ərazisində meydana gələn sufiyyə fəlsəfəsində idealist
metafizika aparıcı mövqeyə malik idi. Asketik həyat tərzi yolu ilə Allaha tədricən
yaxınlaşma, Allahın mərhələlərlə dərk edilməsi və Allahın dərk edilməsinə qarşı
olan məhəbbət sufilik fəlsəfəsində idealist metafizakanı formalaşdırmışdı.
Sufiyyə
təliminin ilkin və əsas ideyalarından biri zöhd ideyasıdır, zöhd isə dünya nemətlərinə
biganə qalmaq və sadə həyat tərzinə uyğun bir tərzdə yaşamağa çalışmaqdan ibarətdir.
İslam peyğəmbərinin və onun əshabələrinin çox sadə həyat tərzi sürməsi sufilər
üçün ən bariz bir örnək olmuşdu.
Təsəvvüf
inancına görə Allahın insandan gizli saxladığı hər şey qey adlanır. Sufilər aləmi
iki hissəyə bölürdülər: aləmi-şəhadə və aləmül-qeyb. Hiss üzvləri vasitəsilə dərk
edilən dünya aləmi-şəhadə və hiss üzvləri vasitəsilə dərk edləməyən dünya aləmül-qeyb
deyə adlanır. Aləmi-şəhadədən fərqli olaraq aləmül-qeybdən yalnız sufilər xəbərdar
ola bilər.
Təsəvvüfdə
gələcəyi və dünyanın bütün sirrlərindən xəbərdar olan 40 fəzilətli insan Rəcəbiyyun
və ya Ricaüllah deyə adlanır. Bu 40 fəzilətli insan Allahın izni ilə hər rəcəb
ayında (Hicri-qəməri təqvimilə yeddinci ayı və müqəddəs ayların birincisi) kainatın bütün sirrlərindən agah olur.
Təsəvvüf
fəlsəfəsinin mistisizm fəlsəfəsi ilə eyniləşdirilsə də bunların mahiyyətinə
ciddi nəzər yetirsək bir sıra fərqli xüsusiyyətlərin şahidi olarıq. Madiyyatdan ibarət olan bu dünyadakı bütün
həyat yolunu axirət dünyasına sərf edən bu təlimin nümayəndələrinin davranış
qaydaları zahiri görünüşdə Hindistan və Çin tərkidünyalarının davranış tərzinə
uyğun gəlirdi. Xristianlığın və neoplatonizimin təsirinin də hiss olunduğu
sufiyyə təliminin tərəfdarları zahid, tərkidünya, asket həyat tərzi sürür,
maddi aləmə laqeyd bir münasibət bəsləyirdilər.
İspaniyadan
Hindistana qədər uzanmış Ərəb Xilafəti ərazisində yaranmış müxtəlif təlim və cərəyanlar
mənəvi mədəniyyətlə birgə insaların sosial həyatına da ciddi təsir göstərirdi.
Ezoterik (Ezotirik yunanca “esoterikos” - daxili sözündəndir və
yalnız mütəxəssislərin anlayacağı
ideyalar bu terminlə xarakterizə olunur)
fəlsəfi təlimlər içərisində sufi fəlsəfəsi daha çox diqqəti cəlb edirdi. Bu təlimi
digər təlimlərdən fərqlənirən xüsusiyyətlərdən dini mistisizmi, Allaha qarşı
yönəlmiş mistik məhəbbəti və həqiqətin dərkinə doğru istiqamətlənmiş inamı nümunə göstrəmək olar.
Mistizimi
digər təlimlərdən fərqləndirən əsas xüsusiyyətlər aşağıdakılardır:
1. Bütün mistik sistemlərdə əxlaqi dəyərlər öz əksini
tapmışdır.
Bu əxlaqi dəyərlər insanların nəfsini riyazatla təmizləməyə yönəlir.
Bu əxlaqi dəyərlər insanların nəfsini riyazatla təmizləməyə yönəlir.
2.
Əxlaqi dəyərlərə xidmət edən riyazatda mütləq həqiqətə nisbətdə fani olmaq öz əksini
tapmışdırş
3.
Mistizimdə həqiqəti ağılla, zəkayla dərk etmək yox, qəlbə aid kəşf, zövq və mənəvi
təcrübə burada rol oynamalıdır.
4. Mütləq varlıqda fani olma nəticəsində
insanda sükun və hüzur yaranır.
5.
Mistizimdə simvollar və rəmzi ifadələr əsas yer tutur. Buna səbəb isə
mistizimdə ki mənəvi zövqlərin qeyri-mistiklərdən gizli saxlanılmasıdır.
Düşüncə
tarixinə nəzər yetirdiyimiz zaman mistizimin köklərinin təsəvvüfdən də əski
dövrlərə gedib çıxdığının şahidi olarıq. Mistizim ünsürləri ilk dəfə olaraq qədim
Hindistanda özünü biruzə vermişdi. Qədim Hindistanda yaranan Vedizim və
Brahmanizm dinlərində mistisizimin ünsürləri öz əksini tapmışdı. Hind mistiklərinin
düşüncəsinə görə ölüm nəticəsində insan ruhu azad olur, bu azad olma prosesi isə təsəvvüf fəlsəfəsinin
“mövti-iradi” istilahına uyğun gəlir.
Məşhur
filosof Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni (962 - 1048) “Təhqiqi
malil-Hind” adlı əsərində Hindistanın inancları, dini və fəlsəfi məzhəbləri barədə
müfəssəl məlumat verir. Biruni bu əsərində təkcə Hindistanın düşüncə tarixi barədə
məlumat verməklə kifayətlənmir, eyni zamanda bu inancların digər inanclarla,
xüsusilə də islam mistikası olan təsəvvüflə əlaqəsini də izah edir.
Qədim
Misirdə də mistizim ünsürləri öz əksini tapmışdı. Misir kahinləri məbədə yeni gələn
rahibləri xüsusi fiziki və mənəvi imtahanlardan keçirirdilər. “Qədim Misirdə Hermetizm inanc
sisteimini əmələ gətirən bir təriqət var idi. Masonluğun da ona bənzər tərəfləri
mövcuddur. Məsələn, müəyyən səviyyəyə çatmış insanlar gizli toplantılarda
xüsusi ayinlər yerinə yetirir, öz fikirlərini açıqlayır, daha aşağı dərəcəli
üzvlərini öyrədirlər. Yunanıstan hermetikləri də belə idilər və onların başında
böyük alim-filosof Pifaqor dururdu. Qədim Misir təlimlərindən qаynаqlаnаn İsgəndəriyyə
məktəbi və Qədim Yunanıstandakı neoplatonizm kimi təşkilatlar da quruluş və
üzvlərinin davranışları bаxımındаn mason ritlərinə çox bənzəyirlər”. (6).
Qədim
Yunanıstanda mistizimin yaranmasında isə Pifaqor, Sokrat və Platon böyük rol
oynamlışdır. Pifaqorun mistik məktəbinə qəbul edilən tələbələr də müəyyən
fiziki və mənəvi imtahandan keçməli idi, bəzən bu məktəbə qəbul olmaq üçün 5 il
lazım olurdu. Bu mistik məktəbə qəbul edilən tələbələrə isə batini elmlərə xas
olan xüsusi təlimlər verilirdi.
Məşhur
ispan filosofu Xose Orteqa-i-Qasset (1883-1955) mistizimi fəlsəfədən fərqləndirərkən
qeyd edirdi ki, mistizimdən fərlqi olaraq fəlsəfə elan edilmiş sirr olmaka
çalışır. Xose Orteqa-i-Qasset eyni zamanda insan ruhnun da mistizim mahiyyətinə
malik olduğunu vurğulayırdı. “Ruh əsl mənada o vaxt mövcud olur ki, dünyasız
qalır, ondan azad olur, başqa sözlə tək qalır. Allaha yaxın olmaq üçün təklikdən
başqa vasitə yoxdur, çünki, yalnız tənha vəziyyətdə ruh özünün əsl varlığını
tapır. Allah və Onun qarşısında tənha ruh.” (7, səh.220).
Təsəvvüf
və mistizimi tam olaraq eyniləşdirmək düzgün bir fikir deyil. Təsəvvüfün
mistizimdən fərqli cəhətləri aşağıdakılardır:
1. İnsana ötəri
hisslər verən mistizimdən fərqli olaraq təsəvvüf insana ruhi və mənəvi, ali
hisslər kəsb edir.
2. Təsəvvüfdə
iztirab olmadığı halda mistizimdə iztirab önəmli bir əhəmiyyət kəsb edir.
3. Mistizim
insanların tərbiyə metodlarında fərdi xarakterləri nəzərə almır, təsəvvüfdə
bunun əksinə olaraq fərdi xarakterlərə görə zəngin tərbiyə metodları var.
4. Təsəvvüfdə
mənəvi tərəqqi üçün fərdlərin cəhdləri böyük önəm kəsb etdiyi mistizimdə bu
amil heç bir əhəmiyyət kəsb etmir.
5. Mistizim
sadəcə olaraq vəcdə gəlmə ilə kifayətləndiyi bir halda təsəvvüfdə vəcdə gəlmə
ilə birgə dərk etmə prosesi də öz əksini tapmışdır.
6. Mistizim
vəcdə gəlmə prosesində hər hansı bir rəhbərə ehtiyac yoxdu, təsəvvüfdə isə
bundan fərqli olaraq şeyxə, müridə, dini bələdçiyə ehtiyac vardır.
7. Əgər
mistizimdə əsas məqəd ruhun bədən üzərindəki hakimiyyətini ələ almaqdırsa, təsəvvüfdə
əsas məqsəd ruhun təmizlənib Allaha qovuşmasıdır. mənalarını kəsb edir. İslamın müqəddəs kitabı olan “Quran”ın
gizli və sirli mənaları olduğunu iddia edən bir təlimdir. Batiniyyə təlimi
Zahirilik - (“zahiri” ərəbcə aşkar, görünən) təliminə cavab olaraq
meydana gəlmişdi.
Əbülqasim
Qüşeyri (986-1073)
insanların yerinə yetiriməsi lazım olan dini hökmləri zahiri və batini əməllər
olmaqla iki hissəyə bölürdü. Zahiri hökmlər də öz növbəsində əmr və nəhy hisələrindən
ibarətdir. Əmrlər dedikdə namaz qılmaq, oruc tutmaq, Həccə getmək və s. dini
hökmlər nəzərdə tutulurdu.
Nəhy
isə adam öldürməmək, oğurluq etməmək, şərab içməmək kimi qadağalardan ibarətdir.
İnsanların yerinə yetirəcəyi dini hökmlərin batini (gizli) olanları isə insanın
qəlbi ilə əlaqədardır. bu qəbildən olan hökmlərə ixlas, riza, təvəkkül aiddir.
Batini hökmlərdə küfr etməmək, nifaq salmamaq, riya, həsəd və qürurdan uzaq
durmaq kimi qadağalar da vardır.
Təsəvvüf fəlsəfəsində
mürşid ruhun həqiqi xüsusiyyətlərini bildiyi üçün insanları mənəvi xəstəliklərdən
azad edir, mənəvi xəstəliklərdən azad edə bilən bir ruh həkimidir. İnsan
ruhunun müalicə olunması üçün mürid praktik olaraq müxtəlif mərhələlərdən keçməlidir.
Təsəvvüf fəlsəfəsində mürşid müridi
xüsusi sufi istilahların sirlərindən agah etməlidir.Təsəvvüf istilahları
insanın mənəvi və əxlaqi kamilliyə çatması yolunda bir vasitə rolunu oynayır.
Rəhim Həsənli
Ədəbiyyat
1. Həsənov R. Georq Vilhelm Fridrix
Hegelin ruh fəlsəfəsi, Bakı, 2011.
2. Eraydın
S. Tasavvüf ve tarikatlar. İstanbul, 1994.
4. Yılmaz H. K. Anahtarları ile tasavvüf ve tarikatlar.
İstanbul, 2002.
5. Zeynalov
M. Fəlsəfə tarixi. Bakı, Azərbaycan nəşriyyatı, 2009.
6. http://www.qarapapaqlar.net
7. Rüstəmov Y. Fəlsəfənin əsasları.
Bakı, 2004.
Yorumlar
Yorum Gönder